Məşədi Molla Əli Kəhrizi-Ağcabədi rayonunun Qaravəlli kəndində qeydə alınıb.
Kəhrizi kənd sakini xeyirxah,vətənpərvər Məşədi Molla Əli Vəliyev (1875-1937) adlı ruhani təhsilli bir ziyalı düzəltdirib vurdurduğuna görə kəhriz onun adı ilə də adlanmışdır. Kənd camaatı bu kəhrizin adından istifadə edir. Adətən, içməli suları yer səthinə çıxarmaq üçün yeraltı qurğuya kəhriz deyirlər. XX əsrin ortalarından Azərbaycanda 900-dən çox kəhriz qeydiyyata alınmışdır.[1]