Məcburi hərbi xidmət — Bəzi ölkələrdə, ölkə qanunlarına görə müəyyən yaşa çatan kişinin (və bəzən qadınlarında) məsuliyyət daşıdığı, müddəti qanunlarla müəyyən edilən dövlət xidməti.
Avropanın iki vacib ölkəsi Fransa və Birləşmiş Krallıqda məcburi hərbi xidmət götürülmüşdür. Bu ölkələrdə hərbi xidmət professional olaraq tətbiq edilir. Və əsgərlərə aylıq maaş verilir.
Almaniyada məcburi hərbi xidmət tətbiqetməsi 2011-ci ildə götürülmüşdür. Bu ölkədə götürülməmişdən əvvəl məcburi hərbi xidmət 3 ay idi. Hərbi xidmətə gələnlər, evlərinin yerləşdiyi şəhərdəki hərbi hissədə xidmət edib, şənbə və bazar günlərini evlərində keçirirdilər.
Belçika və Hollandiyada məcburi hərbi xidmət götürülmüşdür.
Yunanıstanda məcburi hərbi xidmətin götürülməsi düşünülür.
İsraildə məcburi hərbi xidmət var. 18 yaşına çatmış ya da 12-ci sinfi bitirmiş oğlan və ya qız hərbi xidmətə çağırılır. İsrail ərəbləri, hamilə və evli qadınlar üçün hərbi xidmət məcburi deyil. Hərbi xidmət qadınlar üçün iki, kişilər üçün isə üç ildir.
Türkiyədə məcburi hərbi xidmət mövcuddur.
Türkiyə Respublikası milliyətindəki hər bir kişi 20 yaşına gəldikdə ilk hərbi xidmət yoxlamasını etdirir. Hazırda bu ölkədə məcburi hərbi xidmət 6 aydır.
1924 | 1927 | 1935 | 1941 | 1945 | 1950 | 1963 | 1970 | 1984 | 1992 | 1993 | 1994 | 1995 | 2003 | 2014 | 2019—h.h. |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Topçu, süvari, fenniye, avtomobil, sənaye və armonika: 24 Jandarma: 36 Dənizçi: 60 |
Armonika: 24 Jandarma: 30 Dənizçi: 36 |
Jandarma: 30 |
Jandarma: 30 Gömrük: 30 Dənizçi: 36 |
73/3 sxemlər: 21 |
Əsgər və çavuşlar: 6
Kursant və ehtiyat kiçik zabitlər: 12 |
Ali təhsil (dörd illik və iki illik universitet) oxumuş olanlar kursant və kiçik zabit rütbəsində namizəd olaraq hərbi şöbələrə müraciət edirlər. Türkiyə Silahlı Qüvvələrinin mövcud ehtiyaclarına uyğun olaraq, şəxs uzunmüddətli kursant və ya kiçik zabit olaraq 12 ay və ya qısa müddətli əsgər rütbəsində 6 aya hərbi xidmətini başa vurur.
Yaşayış və ya iş icazəsinə sahib olmaq: bir işçi, işəgötürən və ya bir peşə ya da incəsənət icra edərək Türkiyədə keçirdikləri günlər istisna olmaqla ən az üç il (365*3=1095 gün) xarici ölkələrdə (və ya xarici gəmilərdə) olan Türkiyə vətəndaşları, hərbi xidmət haqqını (38 yaşınadək 1000€ əvvəlcədən ödəməklə)[3][4] xarici valyuta ilə ödəyir və hərbi xidmət təhsili görmədən tərxis olur.[3]
2009-cu ilin fevral ayında qəbul edilmiş qanunla, hərbi xidmətdə olarkən "terrorizmlə mübarizədə" ölən şəxslərin bütün uşaqları və qardaşları istəmədikləri təqdirdə, əsgərliyə aparılmır və hərbi xidmətdə olanlar tərxis olunur.[5]
Bu qanuna görə, hərbi xidmətini yerinə yetirərkən hər hansı bir səbəb ilə ölən, itkin düşən və ya əlil olanların qardaşlarından biri, istəmədiyi təqdirdə əsgərliyə aparılmır.[5]
Ölən əsgərin valideynləri ölmüşsə və ya razılığa gələ bilmirlərsə, əvvəlcə hərbi xidmətdə olan qardaşı varsa, öz istəyi ilə tərxis oluna bilər. Hərbi xidmətdə qardaşı yoxdursa və ya əsgərlikdəki qardaşı tərxis olunmaq istəmirsə, hərbi xidmətə gələn ilk qardaş istəmədiyi təqdirdə əsgərliyə çağırılmaz.[5]