Məcid İsmixanov

Məcid Abdulla oğlu İsmixanov - Pedaqogika elmləri namizədi, professor.Azərbaycan məktəbi (jurnal)nın baş redaktoru.Bakı Dövlət Universiteti ni bitirib.[1]

5 may 1940-cı ildə Quba (keçmiş Qonaqkənd) rayonunda anadan olmuşdur. 1958-1962-cı illlərdə APİ-nin pedaqoji fakültəsini adlı təqaüdlə və fərqlənmə diplomu ilə bitirmiş, institutda assistent-müəllim kimi saxlanılmışdır. 1964-1982-ci illərdə APİ-də İbtidai təhsil pedaqogikası kafedrasında baş müəllim vəzifəsində işləmişdir.

1968-ci ildə “Az komplektli məktəbdə dərsin xüsusiyyətləri və təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1969-cu ildən dosent vəzifəsində çalışır.

1982-1987-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan məktəbi” jurnalının redaktoru vəzifəsində işləmişdir. 1987-ci ildə Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasında dosent vəzifəsində işləməyə başlamış, sonralar həmin kafedrada professor əvəzi vəzifəsini icra etmişdir.[2]

Kitabları[redaktə | mənbəni redaktə et]

  • Pedaqogikanın əsasları : tədris vəsaiti / M. A. İsmixanov ; elmi red. A. Həsənov. - Bakı : Nafta-Press, 2005. - 234 s. ; 20 sm. - 1000 экз.
  • Ali məktəb pedaqogikası : mühazirə kursu / M. A. İsmixanov, R. Bəxtiyarova. - Bakı : Əlfərül nəşriyyatı, 2010. - 236 s. ; 20 sm. - 300 экз.
  • Ali məktəb pedaqogikası kursu üzrə sxemlər / Bakı Dövlət Universiteti ; tərt. M. A. İsmixanov [et al.] ; elmi red. N. M. Muxtarova. - Bakı : Bakı Universiteti Nəşriyyatı, 2010. - 35 s. ; 20,5 sm. - 200 экз.
  • Pedaqogika kursu üzrə sxemlər / Bakı Dövlət Universiteti ; tərt.: M. A. İsmixanov, S. B. Allahverdiyeva ; elmi red. N. M. Muxtarova. - Bakı : Bakı Universiteti Nəşriyyatı, 2009. - 35 s. : sxem ; 20 sm. - 200 экз.
  • Məktəbin idarə edilməsi : dərs vəsaiti / M. A. İsmixanov, R. Ə. Bəxtiyarova ; elmi red. H. Ə. Əlizadə. - Bakı : n. y., 2012. - 236 s. ; 20 sm. - 200 экз.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2016-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
  2. "Arxivlənmiş surət". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
  3. [1][ölü keçid]