Məcidiyə ordeni

Məcidiyə ordeniSultan Əbdülməcid xanın (1823–1861) 1851-ci ildə təsis etdiyi nişan.

"Məcidiyyə" ordeni
Mecidiye Nişanı

Ölkə
Tip orden
Statistika
Təsis tarixi 29 avqust 1852
Ləğv tarixi 1922
Ardıcıllıq
Aşağı mükafat "Osmaniyə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsl adı Osmanlıca "mecîdî nişanı" olmasına baxmayaraq xalq arasında Məcidiyə nişanı adıyla tanınır. Məcidiyə nişanının beş rütbəsi, dərəcəsi vardı. Birinci dərəcəsindən 50, ikinci dərəcəsindən 150, üçüncü dərəcəsindən 800, dördüncü dərəcəsindən 3000 və beşinci dərəcəsindən 6000 ədəd zərb olundu, hazırlandı. Yalnız birinci dərəcə murassai (dəyerli daşlarla bəzənməsi) sayılır. Məcidiyə nişanının ortasında çəmbərlə çevrili qabarıq qisimdə bir tuğra yer alır. Bu qismin ətrafında qırmızı minalı bir fon üzərində "gayret, hamiyyet, sadâkat" kəlmələri; altında isə, 1268 (1851) tarixi yazılıb. Kordon ucuna asılan birinciylə, boyuna asılan ikinci ve üçüncü dərəcəli nişanlar, hamısı eyni böyüklükdədir. Dördüncü dərəcə daha kiçik, beşinci dərəcə isə en kiçikdir. Beşinci dərəcə gümüşdəndir Məcidiyə ordeni elm adamlarına və hərb mənsublarından üstün xidmət və müvəffəqiyyət göstərənlərə verilirdi. Birinci və ikinci dərəcələrin sahibləri bu ordenləri padişahın hüzurunda taxırdılar.

Ordenin dərəcələrinin təsvirləri

[redaktə | mənbəni redaktə et]
1 dərəcəli 2 dərəcəli 3 dərəcəli 4 dərəcəli 5 dərəcəli