Məclis parkı (türk. Meclis Parkı) — Ankaranın Çanqaya ilçəsində yerləşən ictimai park. Rəsmi adı Milli Suverenlik Parkı olsa da, Türkiyə Böyük Millət Məclisi ərazisinin ətrafını əhatələdiyinə görə məşhur olaraq bu şəkildə xatırlanmaqdadır. Ümumiyyətlə velosiped və skeytbordinq idman növlərindən istifadə olunan parkda fontan, amfiteatr və bir çox abidə və heykəllər mövcuddur.[1]
Məclis parkı | |
---|---|
türk. Meclis Parkı | |
| |
Məlumatlar | |
Parkın tipi | İctimai |
Ölkə | |
Yerləşməsi | Çanqaya, Ankara |
Koordinatları | 39°54′42″ şm. e. 32°51′14″ ş. u.HGYO |
Yaradılıb | 23 aprel 1986 |
Tabeçiliyi | Ankara Böyükşəhər Bələdiyyəsi |
Ziyartəçi sayı | 150 000 |
Statusu | Açıq |
Ən yaxın ictimai nəqliyyat |
Qızılay (M1) (metro) 145-3, 153, 279, 413-3, 427-3 (avtobus) |
Saytı | Məclis parkı |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Məclis Parkı, 23 aprel 1986-cı ildə müxtəlif ölkələrdən olan uşaqların iştirakı ilə baş tutmuş Milli Suverenlik və Uşaqlar Günü ilə açılmışdır. Bu çərçivədə geniş bir tədbir təşkil edilmiş, konsertlər verilmişdir. Parkın landşaft tənzimləməsində istifadə olunan ağac və bitkilər açılışda iştirak edən ölkələr tərəfindən göndərilmişdir.
Bundan əlavə, Türkiyə Böyük Millət Məclisinin təşkil etdiyi tədbirlə keçmişdən bu günə qədər Ankaraya xidmət edən əhəmiyyətli insanların adına çox sayda ağac əkilmişdir. Adından əkilən ağac adları arasında məşhur botanik Hikmet Birand, dövrün maliyyə naziri və ODTÜ rektoru Mustafa Kamal Kurdaş, Memar Kəmaləddin bəy, Sedad Hakkı Eldem və Arif Hikmət Koyunoğlu kimi memarlar da vardır.[2]