Məcməyi

Məcməyi

Məcməyi— dairəvi formalı dayaz mis qab.

Alt hissəsi tamamilə naxışsız olan Məcməyinin ağız hissəsinin kənarları yarımdairəvi kəsmələrlə, içərisi isə zərif həndəsi, nəbati, buta və s. naxışlarla bəzədilir.Əsasən plov, xingal və s. xörəkləri süfrəyə gətirmək üçün istifadə olunur. Azərbaycanda hazırlanmış nəfis məcməyilər xaricdə də şöhrət qazanmışdır. Yaxın Şərq, Zaqafqaziya xalqları arasında da geniş yayılmışdır.