Məcnun Kərim

Məcnun Kərimov (1 sentyabr 1945, Şəki, Sisian rayonu2 oktyabr 2013, Bakı) — Azərbaycan musiqişünası, sənətşünaslıq namizədi, "Qədim musiqi alətləri" Dövlət ansamblının yaradıcısı və bədii rəhbəri. Azərbaycan Respublikası Xalq Artisti.

Məcnun Kərimov
Kərimov Məcnun Təbriz oğlu
Ümumi məlumatlar
Doğum tarixi 1 sentyabr 1945(1945-09-01)
Doğum yeri
Vəfat tarixi 2 oktyabr 2013(2013-10-02) (68 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri Bibiheybət qəbiristanlığı
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqi pedaqoqu, musiqişünas
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2006"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2011

Məcnun Təbriz oğlu Kərimov 1 sentyabr 1945-ci ildə Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində anadan olub.

1959–1963-cü illərdə Ağdam rayon orta ixtisas musiqi məktəbində təhsilini başa vurduqdan sonra, 1967-ci ilə kimi Zəngilan rayonu yeddi illik uşaq musiqi məktəbinin direktoru işləyib.

1972-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Xalq çalğı alətləri" şöbəsini bitirərək pedaqoji fəaliyyətlə məşğul olub. Elə həmin ildən etibarən orta əsrlərdə Azərbaycanda istifadə edilmiş, dövrümüzə gəlib çatmamış, unudulmuş qədim musiqi alətlərini öyrənilməsi və bərpasi istiqamətində elmi-tədqiat işlərinə başlayıb.

1975-ci ildə o, artıq ilk qədim musiqi alətinin nümunəsini hazırlamış, nəticədə neçə-neçə elm və mədəniyyət xadimlərinin böyük dəstəyini qazanmışdı.

Məcnun Kərimov 1991-ci ildə Bakı Musiqi Akademiyasında ‘‘Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi’’ elmi laboratoriyasını yaratdı. Həmin ildən elmi laboratoriyanın müdiri vəzifəsində çalışıb. Burada unudulmuş 11 müxtəlif musiqi alətini (çəng, barbət, çəqanə, çoğur, tənbur, səntur, rübab, rud, qopuz, ney, nüshə) bərpa edib, onların müxtəlif surətlərini hazırlayıb.

1995-ci ildə "Azərbaycanın qədim simli çalğı alətləri" (tarixi-nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə edib, sənətşünaslıq namizədidir.

Azərbaycanın qədim musiqi alətləri haqqında tədqiqatların müəllifidir, 10-dan çox qədim musiqi alətimizi bərpa edib, bu mövzuda beynəlxalq simpoziumlarda çıxış edib.

Məcnun müəllimin ən böyük arzularından biri də o idi ki, bu qədim musiqi alətləri yanlız muzey eksponatları kimi sərgilənməsin, həm də ansanbl şəklində səsləndirilsin. Əlbəttə, onun bu istəyi də reallaşdı. Belə ki, 1996-cı ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində bərpa edilmi musiqi alətlərindən ibarət ansambl yaratdı. Həmin il Respublika prezidenti mərhum Heydər Əliyev tərəfindən bu iş yüksək qiymətləndirilmiş və ansambla Dövlət statusu verilmişdi.

1998-ci ildən Bakı Musiqi Akademiyası "Xalq çalğı alətləri" kafedrasının dosenti idi.[1]

Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərinə görə 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti[2], 2011-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb[3]

Uzun müddətd xərçəng xəstəliyindən əziyyət çəkən M. Kərimov 2013-cü il Oktyabr ayının 2-də, saat 19.00 radələrində 68 yaşında dünyasını dəyişib[4].

M. Kərimovla vida mərasimi Bakı Musiqi Akademiyasında keçirilmişdir. O, Bibiheybət qəbiristanlığında – valideynlərinin yanında dəfn olunmuşdur.

  1. Udun nağılı (film, 2005)
  2. Sübhün səfiri (film, 2012)
  1. "Bakı Musiqi Akademiyası - Məcnun Təbriz oğlu Kərimov". 2013-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-26.
  2. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-11.
  3. "Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-11.
  4. "Məcnun Kərimov vəfat edib". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-22.