Şəki (Zəngəzur)

ŞəkiYelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.[2]

Kənd
Şəki
39°33′51″ şm. e. 45°59′51″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Sisyan rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 60,67 km²
Mərkəzin hündürlüyü 1.710 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.197 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Şəki xəritədə
Şəki
Şəki

Rayon mərkəzindən 6 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3] qeyd edilmişdir.

Toponim kimmerlərin tərkibində gələn sak[4][5] əsasında əmələ gəlmişdir. Şəki sak // saka etnoniminin fonetik variantıdır. Albaniya dövründə Səhl ibn Sumbat Şəki hakimi deyə keçir .

Q. Qeybullayev saka türk etnoniminin həm də şaka formasında olduğu göstərir[6]. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Kənddə 1831-ci ildə 148 nəfər, 1873 - cü ildə 445 nəfər, 1886-cı ildə 657 nəfər, 1897-ci ildə 1191 nəfər, 1908-ci ildə 1605 nəfər, 1914 - cü ildə 1584 nəfər nəfər azərbaycanlı yaşamışdır[7].

1918-ci ilin avqust ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya, edilmişdir[8].

Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 282 nəfər, 12 erməni, 1926-cı ildə 385 nəfər azərbaycanlı, 407 nəfər erməni, 1931-ci ildə 557 nəfər azərbaycanlı, 510 nəfər erməni yaşamışdır[7].

1988-ci ilin noyabr ayında azərbaycanlılar tamamilə deportasiya olunmuşdur. İndi burada təkcə ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.150
  4. Kirzıoğlu F. Kars tarihi, I cilt, İstanbul, İşil matbası, 1953. s.66-80
  5. Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək), I c., Bakı, 1994. s.102-104
  6. Qeybullayev Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair), Bakı, «Elm», 1990. s.69-70
  7. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.76-77, 146-147
  8. История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.205