Mədə xorası

Mədə xorası — insan xəstəlikləri arasında ən "qoca"sı

Mədə xorası
Endoskop vasitəsilə alınmış mədə xorasının təsviri
Endoskop vasitəsilə alınmış
mədə xorasının təsviri
XBT-10 K25.
XBT-10-KM K27
XBT-9-KM 533[1][2]
DiseasesDB 9819
MedlinePlus 000206
MeSH D010437
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu xəstəliyə ilk dəfə təxminən 100 min il əvvəl rast gəlinib. Bundan 40 min il sonra bu xəstəlik Afrika, Avropa və Yaxın Şərqdə geniş yayılıb. Bütün digər xəstəlik bakteriyaları xeyli sonra – təxminən 10 min əvvəl yaranıb[3]. Mədə xorası mədənin normal daxili örtüyünün, başqa sözlə selikli qişasının tamlığının pozulmasıdır. Qeyri-şiş mənşəli mədə xorasının yaranmasının əsas səbəbi mədə daxilində olan turşu-qələvi müvazinətinin pozulmasıdır. Mədədə turşunun (pepsin) ifraz edilməsi həzm prosesi üçün vacib şərtlərdən biridir. Normada qida və mədənin daxili müdafiə imkanları turşunun selikli qişaya zədələyici təsirini aradan qaldırır. Amma turşu-qələvi müvazinəti pozulan hallarda mədənin zədələnmə ehtimalını artırır və.s.

Aşağıda sadalanan faktorlar mədə xorasının əmələ gəlmə ehtimalını artırır:

  • Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu
  • Helicobacter pylori (H. pylori) infeksiyası
  • Xroniki qastrit
  • Siqaret çəkmə
  • Spirtli içki qəbulu
  • Artan yaş
  • Qanın laxtalanma sistemində bəzi problemlər
  • Qarında ağrı (bu ağrı gecə oyanmaya səbəb ola bilər);
  • Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər;
  • yeməkdən 2–3 saat sonra başlaya bilər;
  • Ac qalarsınızsa ağrılar daha kəskin ola bilər;
  • Ürəkbulanma;
  • Qusma;
  • Qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir;
  • Nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər;
  • Son zamanlar çəkinin azalması;
  • Ümumi zəiflik və s.
  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. "Ən qədim xəstəlik hansıdır?". 2013-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-20.
  • Ağayev B. Cərrahlıq, 2008
  • Glyn G. Jamieson. Current Status of Indications for Surgery in Peptic Ulcer Disease. World J. Surg. 24, 256–258, 2000