Mədəni dairə

XX əsrin əvvəllərində Heliosentrik sistem fikrinin tərəfdarlarının diffuziya hadisəsini özündə əks etdirən modeli


Mədəni dairələr nəzəriyyəsi XX əsrin əvvəllərində Avstriya antropologiya məktəbinin əsas nəzəri fikri olmuşdur. Bu məktəb insan təbiətindəki, cəmiyyətindəki nizam-intizamın yönləndirilməsi, bütün mədəniyyətlərin bir mərkəzdən yaranıb-yayılması fikrini müdafiə etmişdir. İki əsas məktəbi olmuşdur.

1) Frits Qrebner yaxud Köln məktəbi

2) Vilhelm Şmidt və Vyana məktəbi

Frits Qrebner yaxud Köln məktəbi

[redaktə | mənbəni redaktə et]

Diffuzionizmin әsas istiqamәtlәrindәn biri "mәdәni dairәlәr" istiqamәtidir. "Mәdәni dairәlәr" istiqamәtinin banilәrindәn biri Frits Qrebnerdir. Qrebner antropologiyada Ratsel tәrәfindәn irәli sürülәn bir çox ideyaları özünәmәxsus şәkildә izah edәcәk yeni bir istiqamәtin әsasını qoymuşdur. Tәhsilinә görә tarixçi-mediyevis olan Qrebner Berlin vә Marburq univetsitetlәrindә tәhsil almışdır. 1904-cü ildә Berlin Antropologiya Cәmiyyәtindә "mәdәni dairәlәr" haqqında tәlim mәruzәsi ilә çıxış etmiş vә "Okeaniyada mәdәni dairәlәr vә tәbәqәlәr" әsәri ilә tәliminin әsas müddәalarını izah etmişdir. O, qeyd edirdi ki, mәdәniyyәtin elementlәri müәyyәn bir zaman kәsiyindә coğrafi mәkanda yaranır vә sonra diffuziya nәticәsindә digәr әrazilәrә yayılır. Bu sәbәbdәn o, mәdәniyyәtin elementlәrini kartoqrafiya etmәyә çalışırdı. Müәyyәn mәdәni elementlәrin mәcmusu mәdәni dairәni tәşkil edir. Bir çox hallarda mәdәni dairәlәr üst-üstә düşür vә onlar mәdәni tәbәqәlәri yaradırlar. Onun fikrinә görә mәdәni tәbәqәlәrdә mәrkәzdә yerlәşәn mәdәni dairәlәr daha sonra formalaşıb, kәnarda olanlar isә daha qәdimdә yarananlardır. Yәni, yeni gәlәn mәdәniyyәt köhnәsini sıxışdırır mәrkәzi tutur, köhnәsi isә mәcbur olur qırağa çәkilir. Qrebner diffuziyanın istiqamәtini müәyyәnlәşdirmәk üçün dә müәyyәn qayda fikirlәşmişdi. O, göstәrirdi ki, mәdәni dairәnin periferiyasında hәmin mәdәni dairә üçün sәciyyәvi olan elementlәrin әn sıx yerlәşdiyi bölgә diffuziyanın baş verdiyi istiqamәtdir. Avstraliya vә Okeaniyada o, 8 mәdәni dairә müәyyәnlәşdirir vә hәr bir mәdәni dairә üçün dә 8–10 elementin xarakterik olduğunu göstәrir. Mәsәlәn, totem mәdәni dairәsi üçün nizә, tәk ağac gövdәsindәn hazırlanmış qayıq, ekzoqamiya, torpaqüstü qәbirlәr, günәş mifologiyası, totem ayinlәri vә s. sәciyyәvi olduğunu göstәrir. Qrebnerin hәmfikri Ankerman Afrikada da bu cür mәdәni dairәlәr müәyyәnlәşdirir.

F. Qrebner "Cәnub dәnizindә sosial sistemlәr", "Melaneziyanın ox kaman mәdәniyyәti", "Etnologiya", "Etnologiya metodu" vә s. әsәrlәrindә irәli sürdüyü konsepsiyanı daha da tәkmillәşdirir. Qrebner qeyd edirdi ki, mәdәniyyәtin hәr bir elementi bәşәr tarixindә bir dәfә yaranır vә sonra diffuziya nәticәsindә bütün dünyaya yayılır. O, diffuziyanın iki formasını müәyyәnlәşdirir. Transmissiya vә miqrasiya. Transmissiya köçlәrin baş vermәmәsi nәticәsindә baş verәn diffuziyadır. Burada deyilir ki, mәdәniyyәt özü yayılır, onu yaradanlar yerlәrindә qalır. Miqrasiya isә mәdәniyyәtin yaradıcıları ilә birlikdә yerdәyişmәsidir. Qrebner göstәrirdi ki, faktiki olaraq bütün mәdәniyyәt elementlәri bir әrazidә yaranır vә sonra dünyaya sәpәlәnmәyә başlayır. Qrebner mәdәniyyәt elementlәrinin yayılmasının diffuziyasının müxtәlif amillәrini dә müәyyәnlәşdirmәyә sәy etmişdir. O göstәrirdi ki, funksiyaları, düzәltmә texnikaları, tәrkib hissәlәri vә s. fәrqli olan oxşar elementlәr yalnız tәsadüfәn yarana bilәr vә diffuziya nәticәsindә yayıla bilәr. Faktiki olaraq Qrebner tәdqiqatlarında mәdәniyyәtlәr arasında analogiyalardan daha çox homologiyaları (fәrqli oxşarlıq) tәdqiq etmәyә çalışırdı. Mәdәniyyәtin hansı elementinin nәzәrdәn keçirilmәsindәn asılı olmayaraq Qrebner iddia edir ki, onlar bәşәr tarixindә bir yerdә, bir mәkanda, bir zamanda yaranıblar. Qrebnerin ilk әvvәllәr kifayәt qәdәr tәrәfdarları var idi. Ankerman, Yulius Lips, Krauze vә başqaları. Lakin, hәyatının sonlarında Qrebner müәyyәn qәdәr tәkamülçülüyә meyl etmәyә başlayır. "İbtidai xalqların dünyagürüşü" әsәrindә o qeyd edir ki, ümumilikdә bәşәr mәdәniyyәtinin formalaşmasında mәdәni dairәlәrin vә onu tәşkil edәn elementlәrin bir dәfә yaranmasını qәbul etmәklә yanaşı mәdәni dairәlәrin tәrәqqi nәticәsindә bir-birini әvәz etmәsini dә biz inkar edә bilmәrik. Frits Qrebner 38 yaşında kәskin xәstәlәnir vә elmi fәaliyyәtlә mәşğul olmur, sonra da ölür. Qrebner Köln şәhәrindәki tәbiәt muzeyindә işlәdiyinә görә onun yaratdığı mәktәb "Köln mәktәbi" adlanır.

Vilhelm Şmidt və Vyana məktəbi

[redaktə | mənbəni redaktə et]

Mәdәni dairәlәr nәzәriyyәsinin digәr bir qolu isә Vyanada formalaşmışdır. Vyana tarixi mәdәni mәktәbinin banisi katolik keşişi Vilhelm Şmidtdir. O hәlә gәncliyindә katolik kilsәsi ilә maraqlanmış, 15 yaşında "Allahın sözü" cәmiyyәtinә daxil olmuş vә missionerlik fәaliyyәti ilә mәşğul olmuşdur. Şmidt Berlin universitetinә daxil olaraq şәrq dillәrini öyrәnmәyә başlamış vә fәaliyyәtinin ilk dövründә dilçiliklә mәşğul olmuşdur. Şmidtin Cәnub Şәrqi Asiya vә Melaneziya dillәri, xüsusәn mon-kxmer dillәri ilә bağlı olan tәdqiqatları müasir dövrdә dә әhәmiyyәtini itirmir vә bir dilçi kimi o, çox mәşhurlaşır vә bir çox kxmer dillәri üçün әlifba da tәrtib edir. Dilçilik sahәsindәki fәaliyyәtinә görә Avstriya Elmlәr Akademiyasının müxbir üzvü seçilir.

Vilhelm Şmidttin antropologiya ilә mәşğul olması isә iki amillә bağlıdır. Birincisi onun 1898-ci ildә İngiltәrәdә Enru Lengin nәşr etdirdiyi "Allahın yaradılması" әsәri ilә tanışlığı, ikincisi alman antropoloqu Kolmanın "Piqmey nәzәriyyәsi" ilә tanışlığı. Enru Lengin әsәrindә dini görüşlәrin tәhlili verilir vә burada bir çox ibtidai qәbilәlәrdә tәkallahlılıqla bağlı görüşlәrin olduğu irәli sürülür. Katolik keşişi kimi Şmidt E.Lenqin bu ideyasından yapışaraq ilkin monoteizmin (promonoteizm) olması ideyasını irәli sürür. O, dilçiliklә bağlı elmi fәaliyyәtini dayandırır vә bütün tәdqiqatlarını bu ideyanı әsaslandırmağa yönәldir. Şmidt tәkamülçü olan Lenqin ümumi şәkildә irәli sürdüyü müddәanı tarixi, etnoqrafik materiallar әsasında dәqiqlәşdirmәyi vә inkişaf etdirib yaymağı qarşısına mәqsәd qoyur. Vilhelm Şmidtin öz ideyalarını әsaslandırmaq üçün istifadә etdiyi digәr amil isә piqmey nәzәriyyәsidir. Etnoqrafik materiallarda piqmeylәrdә vahid Allahla bağlı tәsәvvürlәrin olması әks olunmuşdur. 1910-cu ildә Şmidt "Bәşәr tarixindә piqmey xalqlarının mövqeyi" әsәrini nәşr etdirir vә burada o, hәmin bu ideyalarını şәrh edir. 1906-cı ildә Şmidt "Anthropos" jurnalını yaradır vә bu jurnalda "Allah ideyasının mәnşәyi" әsәrini çap etdirmәyә başlayır. 1940-cı ilә qәdәr o, bu әsәrin 12 cildini buraxır. Öz ideyasını әsaslandırmaq üçün Şmidt Afrikada piqmeylәr vә buşmenlәr, Andoman adalarında andomanlılar, İndoneziyada semanqlar vә başqalarının mәdәniyyәtini tәdqiq etmәyә başlayır vә burada monoteizmin izlәrini müәyyәnlәşdirmәyә çalışır.

Bu tәdqiqatların әsasında o özünün mәdәni dairәlәrini yaradır. Hәmin mәdәni dairәlәrin müxtәlif sәviyyәlәrini müәyyәnlәşdirir. Әn aşağı sәviyyәni yığıcılığa әsaslanan ibtidai mәdәni dairәlәr tәşkil edir. Bura piqmeylәr, avstraliyalılar, tasmaniyalılar aid edilir. İkinci sәviyyәni istehsal tәsәrrüfatına әsaslanan ilkin mәdәni dairәlәr tәşkil edir. Bura isә köçәri maldarları, ilkin hind-avropalıları, semitlәri, hamitlәri, Ural-Altay xalqlarını vә s. aid edir. Üçüncü mәdәni dairәni isә üçüncü sәviyyәli ikinci mәdәni dairәlәr tәşkil edir. Bura Polineziya, Sudan, Melaneziya vә s. mәdәniyyәtlәri şamil edir. Müasir Asiya, Avropa, Amerikada olan yüksәk mәdәniyyәtlәri isә üçüncü mәdәni dairәlәrә vә dördüncü sәviyyәyә şamil edir. Belәliklә, mәdәni dairәlәr ideyasını Şmidt mәdәni tәrәqqinin ümumdünya tarixi konsepsiyasına çevirdi. Şmidt tәkamülü, tәrәqqini, hәtta insanın digәr bioloji növlәrdәn yaranmasını belә inkar etmirdi. Şmidt promonoteizm ideyasını irәli sürmәk üçün tәkamül vә diffuziya ideyalarının hәr ikisindәn istifadә edirdi. Tәkamülçülәr kimi o, müasir dövrdә mövcud olan ibtidai tayfaları, xalqları hal-hazırda inkişaf etmiş xalqların qәdim tarixinin canlı yaşayan tәmsilçilәri kimi götürürdü. Digәr tәrәfdәn mәdәni xüsusiyyәtlәrin, gerçәkliklәrin yayılmasında әsas amil kimi miqrasiya vә diffuziyanı götürürdü.

Katolik kilsәsi Şmidtin tәdqiqatları üçün böyük miqdarda maliyyә vәsaitlәri ayırdı vә o, Vatikanda Loferant etnoqrafik muzeyinin direktoru tәyin olundu. Şmidt indiyә qәdәr fәaliyyәt göstәrәn Anthropos Elmi Tәdqiqat İnstitunun әsasını qoydu.

Vilhelm Şmidtin tәdqiqatlarında ikinci әsas mәsәlә isә mülkiyyәt mәsәlәsi idi. "Bәşәriyyәtin ilkin mәrhәlәlәrindә mülkiyyәt" adlı әsәrindә o göstәrirdi ki, xüsusi mülkiyyәt insana xas olan әsas xüsusiyyәtdir. Mülkiyyәti mәhv etmәk üçün insanın Mәn'ini mәhv etmәk lazımdır. Bu sahәdә o marksistlәrin irәli sürdüyü ideyaları kәskin tәnqid edirdi. 1937-ci ildә Şmidt "Tarixi-mәdәni etnologiyanın metodu" haqqında dәrslik yazır. Almaniyada faşistlәr hakimiyyәtә gәldikdәn sonra Şmidt Vatikana köçmәli olur.

Köln vә Vyana tarixi mәktәblәrinin irәli sürdüklәri metodların içәrisindә әn mühümü әn dәyәrlisi olan mәdәni gerçәkliklәrin, mәdәniyyәt elementlәrinin dәqiqliklә kartoqrafiyasının hәyata keçirilmәsidir.