Mədariyyə

Şərqi Benqaldan olan Mədariyyə fəqri. 1860-cı illər.

Mədariyyə[1]Hindistan, NepalBanqladeşdə yayılmış sufi təriqəti. Bu, Hindistanın xüsusilə Uttar-Pradeş, Məvat, Bihar, QücəratQərbi Benqal kimi şimal ərazilərində yayılmışdır. Sinkretik cəhətləri və batini zikrə vurğusu ilə tanınan bu təqirət sufi övliyası Bədiəddin (həmçinin Şah Mədar kimi də tanınır) tərəfindən yaradılmışdır. Təriqət Bədiəddinin indiki Hindistanın Uttar-Pradeş ştatı ərazisində yerləşən Kanpur rayonunun Makanpur qəsəbindəki dərgahında mərkəzləşmişdir. IX əsrdə yaşamış Bəyazid Tayfur Bəstami təlimlərinə əsaslanan Tayfuriyyə təriqətindən törəmiş yaranan Mədariyyə Moğol imperiyasının son dövrlərində, XV–XVII əsrlərdə zirvəsinə çatmışdır. Əksər sufi təriqətlərində olduğu kimi, Mədariyyənin adı da qurucusunun adından nisbə götürərək yaradılmışdır.[2][3][4][5][6]

  1. Erol, İbrahim, redaktorDini terminlər lüğəti. Bakı İslam Universiteti (az.). Bakı: İpək Yolu nəşriyyatı. 2010. səh. 388.
  2. Masud, Muhammad Khalid. Travellers in faith: studies of the Tablīghī Jamāʻat as a transnational Islamic movement for faith renewal- Volume 69. BRILL. 2000. səh. xxxii. ISBN 90-04-11622-2. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-19.
  3. Liebeskind, Claudia. Piety on its knees: three Sufi traditions in South Asia in modern times. Oxford University Press. 1998. səh. 49. ISBN 0-19-564309-7.
  4. Ghazzālī; George F. McLean. Deliverance from error and mystical union with the Almighty- Volume 2 of Cultural heritage and contemporary change. CRVP. 2001. səh. 60. ISBN 1-56518-081-X. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-19.
  5. Bakshi, S.R. Advanced history of medieval India. Anmol Publications PVT. LTD. 2003. səh. 348. ISBN 81-7488-028-3.[ölü keçid]
  6. Harris, Ian. Contemporary religions: a world guide- Longman current affairs. Longman. 1992. səh. 216. ISBN 0-582-08695-7.