Məhəllə teatrı

Məhəllə teatrı çex. Stavovské divadlo (orijinal adı "Qraf Nostitz teatrı" çex. Hraběcí Nosticovo divadlo, sosializm dövründə "Tılov teatrı" çex. Tylovo divadlo) - Praqanın Praqa 1 rayonunda, Köhnə şəhərin "Meyvə bazarı" (çex. Ovocný trh) adlanan meydanında yerləşir. Teatrdan solda xalq arasında "Dəmir qadın" kimi tanınan "Daş qonaq" heykəli, teatrın arxasında isə məşhur passaj yerləşir.

Məhəllə teatrı
çex. Stavovské divadlo
Xəritə
Ümumi məlumatlar
Əvvəlki adı “Qraf Nostitz teatrı”
Əsası qoyulub 17811783
Teatr binası
Açılıb 21 aprel 1783
Tutumu 659
Yerləşməsi
50°05′10″ şm. e. 14°25′26″ ş. u.HGYO
Ölkə
Ünvan Praqa, Stare Mesto,
Ovocný trh, Praha 1
Məhəllə teatrı xəritədə
Məhəllə teatrı
Məhəllə teatrı
Stavovské divadlo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XVIII əsrin əvvəllərində Praqada heç bir dənə də teatr binası yox idi. Nadir teatr tamaşaları Klementinumda və ya zadəganların şəxsi evlərdə qoyulurdu. Birinci Şəhər Teatrı Kotzedə (Stare Mesto) açılmasına baxmayaraq, o tezliklə bağlanıldı[1]. Bina ictimai ziyalı və vətənpərvər qraf Frantişek Antonin Nostitz Rinek üçün məhəllə teatrı qismində inşa edilmişdir. Yeni teatrın plan və maket tərtibatı qraf Kaspar Herman Künigel, layihə və 1781 - 1783-cü illər ərzində davam edən inşaat işləri isə Antonin Haffenekker tərəfindən hazırlanmışdı. Tikinti işlərinin başladılması maraqlı tapıntı ilə əlamətdar oldu: təməl üçün ustalar tərəfindən çuxur qazılan zaman, gümüş pul ilə dolu bir qab tapılır. Aşkar olunmuş pul sikkələrin sayı az olmasına baxmayaraq, inşaatçılar bunu yaxşı əlamət hesab etmişdilər. Beləliklə Praqada klassisizm üslubunda ilk ictimai binanın tikintisi iki il davam etmişdir. Haffenekker son dərəcə ahəngdar düzbucaqlı, sadə, zərif və klassik üslublu bir bina yarada bilmişdir. Yan fasadlar fronton və latın dilində olan yazılarla, künc bloklar, yəni rizalitlər isə qoşalaşmış sütun, pilyastr və balkonlar ilə bəzədilmişdi. Binanın pəncərələri tağvari şəkildədir və bir-birinin üstündə yerləşir. Qızıl suyuna çəkilmiş bəzək elementləri qaranlıq auditoriyada işıq saçır.

Məlum olduğu kimi, teatrın banisi Qraf Nostitz böyük vətənpərvərlik ruhunda böyümüş bir alman idi. O, Alman dram opera və dramaturqiyasının pərəstişkarı idi, məhz bu teatr repertuarının niyə məhz alman və ya italyan dilində olmasını açıq aşkar müəyyən edirdi. Ancaq tezliklə teatrın repertuarı genişləndirilərək Çexiya istehsallı tamaşaların da əlavə olunması təqdir edilmiş və artıq 1785-ci ilin yanvar ayında Qottlib Stefaninin Odběhlec z lásky synovské adlı komediyası seyircilərə göstərilmişdir.

Teatrın fəaliyyəti 21 aprel 1783-cü ildə Lessingin "Emilia Qalotti" faciəsi ilə başlandı. Teatr o dövrdə bir min ziyarətçini qəbul edirdi. Lakin zaman keçdikcə, tamaşaçıların daha çox rahatlığını təmin etmək məqsədilə, müdriyyət oturacaq sayını 659 azaltmağı qərara almışdır.

"Məhəllə teatrı" qırılmaz surətdə dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri sayıln Amadey Mosartın adı ilə bağlıdır[2]. Mosart Çexiya paytaxtını, Məhəllə teatrını və onun tamaşaçılarını çox sevirdi. Məhz burada 1786-cı ilə o Fiqaronun toyunu və daha sonralar Don Covanni adlı və Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş özünün ən məşhur operasını ictimaiyyət üçün təqdim etmişdir. Bu hadisə memorial lövhə ilə əbədiləşdirilmişdir. İmperator II Leopoldun 1791-ci ildə tacqoyma münasibətilə teatrda Mosartın La Clemenza di Tito ("Titin mərhəməti") adlı başqa bir premyerası təqdim edilmişdir.

Teatrının, qürur verici tarixi var və bir çox tanınmış bəstəkarlar, dirijorlar, musiqiçilər və ifaçılar teatr səhnəsində parlayırdılar. 1828-ci ildə bütün dövrlərin ən mahir skripka ifaçılarından biri, virtuoz Nikkolo Paqanini burada düz altı konsert vermişdir, rus bəstəkarı Anton Rubenşteyn, həmçinin Qustav Maler, Karl Qoldmark, Anjelika Katalani, Karl Mariya fon Veber, eləcə də bir çox digər məşhurlar dəfələrlə bu teatrın səhnəsində ifa etmişdilər.

1798-ci ildə teatr Çexiya Krallığının zümrəsi tərəfindən alınmış və həmin dövrdən o Kral Məhəllə Teatrı kimi tanınmağa başlamışdır.

XIX əsrin birinci yarısında teatr üçün əsasən slavyan dramaturqları: çex Yozef Kaetan Tıl və slovak Yan Kollar yazırdı, məhz burada müəllifi Frantişek Şkroupa olan ilk Çexiya operası (1826) və ilk dəfə "Mənim evim haradadır?" (çex. Kde domov můj?) adlı Çex Respublikasının gələcək himni səsləndirilmişdi. Lakin 1848-1849-cu ildə baş vermiş burjuaz-demokratik inqilabda çexlərin məğlubiyyətindən sonra, Milli teatr tənəzzülə uğrayır.

1862-ci ildə teatr "Kral Alman vilayət Teatrı" adlandırılır; burada demək olar ki, yalnız alman repertuarları səyircilərə nümayiş olunur. Bu səbəbdən, Çexiya səhnəsinin 1880-ci ildə dirçəlişi Milli Teatrında baş vermişdir.

Teatrın adı dəfələrlə dəyişdirilmişdi. Belə ki, Müharibədən sonrakı illərdə (1948-ci ildən), teatr çex dramaturqu Y.Tılanın adını daşıyırdı və yalnız 1990-cı ildən bina özünün əvvəlki, "məhəllə" adını bərpa etmişdi. Hələ 1920-ci ildə Məhəllə teatrı yeni açılmış Milli teatrına qoşularaq, onun tərkib hissəsinə çevrilir.

Bizim dövrümüzdə, teatrın xarakterik xüsusiyyətlərindən biri repertuarın əsas hissəsinin Motsartın əsərləri yer tutmasıdır. Bundan başqa, məhz bu binada rejissor Miloş Formanın dram janrında çəkilmiş Amadey filminin Praqa səhnələri çəkilmişdi.

Binanın interyerini qəhvəyi mərmərdən hazırlanmış sütun və pilyastrlar, vestibül və foyeni isə ağ və qara mərmərdən hazırlanmış döşəmə bəzəyir. Pompey üslubunda qrotesk motivləri ilə bəzədilmiş tavanın həndəsi naxışlarının rənglənməsi ideyası, 1859 və 1874-cü ildə interyerin modifikasiyası zamanı irəli sürülmüşdür.

Məhəllə teatrında tarix boyu qoyulan məşhur tamaşalar

[redaktə | mənbəni redaktə et]
  1. A misconception that the Sporck theatre operated as a private theatre under the auspices of the count is dispelled in Daniel E. Freeman, The Opera Theater of Count Franz Anton von Sporck in Prague (Stuyvesant, N.Y.: Pendragon Press, 1992).
  2. "Frommer's Eastern Europe". 2016-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-11.
  • Zdeňka Benešová: Das Ständetheater Prag. Geschichte und Gegenwart. Národní Divadlo, Prag 2000, ISBN 80-902183-8-5
  • Harald Salfellner: Mozart und Prag. Vitalis, Prag 2006, ISBN 3-89919-076-9

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]