İmanlı Məhəmməd Nağı oğlu — hüquq elmləri doktoru, professor.
Məhəmməd İmanlı | |
---|---|
Doğum tarixi | 30 iyun 1962 (62 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | alim |
Elmi adı | |
Partiyası |
Məhəmməd İmanlı 30 iyun 1962-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. 1969–1979-cu illərdə Amasiya rayonunun Güllücə kənd orta məktəbində oxumuşdur. 1983–1987-ci illərdə Politexnik Universitetində təhsil almışdır. 1988-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1993–1997-ci illərdə Bakı Dövlət Universiteti hüquq fakültəsinin "Cinayət hüququ və kriminalogiya" kafedrasında müəllim, qiyabi aspirant, 1998-ci ildə baş müəllim, dosent olmuşdur. 2004-cü ildə universitetin hüquq fakültəsinin dekanının 1-ci müavini təyin edilmişdir. 2006-cı ildə hüquq elmləri doktoru və professor adı almışdır. 2006–2009-cu illərdə BDU-nun Müdafiə Şurası yanında seminarın sədri (12.00.09 indeksi üzrə), 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında hüquq ixtisası üzrə ekspert olmuşdur.
100-dən çox məqalənin, 10 kitabın, 6 monoqrafiyanın müəllifidir.
Ailəlidir 3 övladı var.
Bir müddət Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur. Daha sonra isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olsa da daha sonra siyasətdən uzaqlaşmışdır.[1]