Muhəmməd Əmin ibn Sədrəddin Şirvani 1552-ci ildə Şamaxı yaxınlığında, Bico kəndində, din xadimi ailəsində anadan olmuşdur. Böyük mütəfəkkir kimi tanınır.
Muhəmməd Əmin ibn Sədrəddin Şirvani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bico, Şirvan, Azərbaycan |
Vəfat yeri | İstanbul, Türkiyə |
Şamaxı dini mədrəsəsində təhsil aldıqdan sonra, İstanbula getmişdir. Atası onun qayıdıb gəlməsini və ailə qurmasını tələb etsə də, o, İstanbulda ömrünü elmə sərf etməyə üstünlük vermişdir. İstanbulda "Əhmədiyyə" məscidinin valisi olmuşdur.
"Fəvadiul xaqaniyyə" (Xaqanlığın qaydaları), "Həşiyyətüşşərhi Şəmsiyyə" (Şəmsiyyənin şərhinə haşiyə), "Şərhü qavaid əl-Əqaid li-l-Qəzali" (Qəzali əqidələrinin qaydalarına şərh), "Təliqat ilə təfsir əl-Beyzavi" (Beyzavinin təfsirinə təliqə), "Məsahib əl-muxtəlifə li təvaif və vəluməm" (Tayfaların və xalqların müxtəlif məzhəbləri), "Cihət əl-vədlə" (Birlik yönü) və s. kimi məşhur əsərlərin müəllifidir. Bir çox əsərlərinin əlyazmaları Bakı, İstanbul, Qahirə, Berlin, Sankt-Peterburq və Vyana kitabxanalarında saxlanılır.[1]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |