Məhəmməd Ariphacıyev

Məhəmməd Arifhacıyev (23 sentyabr 1977) — AzərbaycanıBelarusu təmsil edən boksçu.[1]

Məhəmməd Arifhacıyev
Şəxsi məlumatlar
Tam adı Məhəmməd Davudoviç Arifhacıyev
Vətəndaşlığı Rusiya Rusiya
Azərbaycan Azərbaycan
Belarus Belarus
Doğum tarixi (46 yaş)
Doğum yeri Dağıstan MSSR
Boyu 185 sm. (5 ft 6 in)
İdman növü Boks

Məhəmməd Arifhacıyev 2000-ci ilin mayında Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[2] Birinci görüşdə Yunanıstan nümayəndəsi Mihalis Aslanidis üzərində 5:0 hesabı ilə qələbə qazanan Məhəmməd Arifhacıyev növbəti görüşdə Fransa nümayəndəsi Cehson Çaneta gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə 5:6 hesabı ilə məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.

Həmin il Məhəmməd Arifhacıyev Azərbaycanı Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. -91 Kq. turnirindəm übarizə aparan Məhəmməd Arifhacıyev olimpiadanın 1/8 final mərhələsində Almaniya nümayəndəsi Sebastian Köber ilə üz-üzə gəldi.[3] Sentyabrın 21-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmməd Arifhacıyev rəqibinə 4:10 hesabı ilə məğlub oldu və olimpiadanı doqquzuncu pillədə başa vurdu.[3]

Olimpiadadan sonra Məhəmməd Arifhacıyev Belarus yığmasının heyətinə cəlb edildi. 2001-ci ilin iyununda Şimali İrlandiyanın Belfast şəhərində baş tutan Dünya Çempionatını və 2002-ci ilin iyulunda Rusiyanın Perm şəhərində baş tutan Avropa Çempionatını Məhəmməd Arifhacıyev beşinci pillələrdə başa vurdu.[4][5] 2003-cü ildə isə Məhəmməd Arifhacıyev Tailandda baş tutan Dünya Çempionatının gümüş medalına sahib oldu.[6]

Məhəmməd Arifhacıyev 2004-cü ilin fevralında Xorvatiyanın Pula şəhərində Avropa Çempionatında növbəti dəfə medalı bir addımlığında məğlub olaraq turniri beşinci pillədə başa vurdu.[7] Avqustda isə Məhəmməd Arifhacıyev Afina Olimpiadasında mübarizə apardı. Məhəmməd Arifhacıyev olimpiadanın final görüşündə ABŞ nümayəndəsi Andre Varda 14:20 hesabı ilə məğlub olaraq Afina Olimpiadasının gümüş medalına sahib oldu.

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2000
Avropa Çempionatı Finlandiya Finlandiya
5.
2
Olimpiya Oyunları Avstraliya Avstraliya
PAT
3
2001
Dünya Çempionatı Şimali İrlandiya Şimali İrlandiya
5.
4
2002
Avropa Çempionatı Rusiya Rusiya
5.
5
2003
Dünya Çempionatı Tailand Tailand
2.
6
2004
Avropa Çempionatı Xorvatiya Xorvatiya
5.
7
Olimpiya Oyunları Yunanıstan Yunanıstan
2.
  1. Olympedia.org. "Məhəmməd ARİFHACIYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. Amateur-boxing.strefa.pl idman portalı. "2000 Europen Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  3. 1 2 Olympedia.org. "2000 Summer Olympics / Boxing / Heavyweight (91 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  4. Amateur-boxing.strefa.pl idman portalı. "2001 World Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  5. Amateur-boxing.strefa.pl idman portalı. "2002 Europen Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  6. Amateur-boxing.strefa.pl idman portalı. "2003 World Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  7. Amateur-boxing.strefa.pl idman portalı. "2004 Europen Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.