Məhəmməd Alı oğlu Balayev (31 dekabr1938, Musaköy, Qazax rayonu – 2 mart2020) — ADPU Pedaqoqika və psixologiya fakültəsinin qiyabi şöbəsinin dekan müavini (1990-1993), ADPU-nun Fəlsəfə kafedrasının müdiri (?-2020); fəlsəfə üzrə elmlər doktoru (1992), professor (2004), Əməkdar müəllim (2012), "İlin alimi" (2012), Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunub.
Məhəmməd Balayev 31 dekabr 1938-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. 1947-ci ildə Xanlıqlar kənd orta məktəbinin birinci sinfinə gedib. 1953-cü ildə həmin məktəbin 7-ci sinfini bitirərək, Qazax şəhər 1 saylı orta məktəbinin səkkizinci sinfinə daxil olmuş, 1955-ci ildə məktəbi bitirmişdir.
Təhsilimi davam etdirərək 1956-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. 1961-ci ildə universiteti bitirib.
1961-1962-ci illərdə Yardımlı rayonunun Arus kənd orta məktəbində tarix, dil, ədəbiyyat müəllimi işləmişdir.
1962-1963-cü illərdə Bakı şəhəri, Nərimanov rayonunun 1, 82, 115 saylı orta məktəblərində müəllim işləyib.
1964-1967-ci illər Azərbaycan AMEA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil alıb.
1967-1973-ci illər AMEA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışıb. 1970-ci ildə namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb.
1968-ci ildən 1974-cü ilə kimi M.F.Axundov adına Azərbaycan Dövlət Dillər İnstitutunda Fəlsəfə müəllimi vəzifəsində işləyib. 1973-cü ildə müsabiqə yolu ilə V.İ.Lenin adına ADPU-nun Fəlsəfə kafedrasında fəlsəfə elmləri namizədi, baş müəllim vəzifəsini tutub. 1973-1977-ci illərdə ADPU-nun Fəlsəfə kafedrasında baş müəllim vəzifəsini icra edib. 1973-1999-cu illərdə ADPU-da Partiya Maarifinin rəhbəri vəzifəsində çalışıb. 1977-ci ildə kafedrada dosent vəzifəsinə seçilib və 1992-ci ilə kimi bu vəzifəni icra edib.
1982-1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat və Təşviqat Şöbəsinin ştatdan kənar mühazirəçisi vəzifəsində çalışıb.
1992-ci ildə “İslam: mənşəyi, təkamülü və ictimai həyatda rolu (problemin siyasi aspekti)” doktorluq dissertasiyası müdafiə edərək, fəlsəfə elmləri doktoru elmi dərəcəsi adını alıb.
1990-1994-cü illərdə Respublika və Bakı şəhəri “Bilik” cəmiyyətinin mühazirəçisi olub.
1990-1994-cü illərdə ADPU-nun Pedaqogika və psixologiya fakültəsinin qiyabi şöbəsində dekan müavini işləyib.
1994-1999-cu illər ADPU Fəlsəfə kafedrasının müdiri vəzifəsində işləyib.
2004-cü ildə professor elmi adını alıb.
2008-ci ildən ADPU-nun Böyük Elmi Şurasının üzvüdür, 100 elmi məqalənin, 3 metodik vəsaitin, 2 monoqrafiya, 3 kitabça, 19 proqramın müəllifidir.
2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi döş nişanı ilə təltif olunub.
2007-ci ildə yenidən Fəlsəfə kafedrasının müdiri seçilib. 2008-ci ildə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi döş nişanı ilə təltif olunub.
2012-ci ildə ona "Əməkdar müəllim" adı verilib və "İlin alimi" adını alıb.
“Müqəddəslər”ə pərəstiş - keçmişin zərərli qalığıdır. Azərnəşr, Bakı, 1971. 51 s.
İslam və onun ictimai-siyasi həyatda rolu Monoqrafiya Bakı, Azərnəşr, 1991, 151 s.
İslam, əxlaq və siyasət. Metodik vəsait. N.Tusi adına ADPU-nun nəşri, Bakı, 1994, 36 s.
Azərbaycanda milli hərəkat ideyalarının yaranması və tarixi təkamülü (XIX əsrin sonu XX əsrin əvvəlləri). Metodik vəsait. N.Tusi adına ADPU-nun nəşri, Bakı, 1994, 83 s. Ə.Tağıyev, A.Mustafayev
İncəsənətin növləri. Metodik vəsait. N.Tusi adına ADPU-nun nəşri, Bakı, 1997, 65 s. R.Məhərrəmov, T.Şərifov
Azərbaycanda İslam dininin öyrənilməsi (1950-2000-ci illər). Kitab, “Şur” nəşriyyatı, Bakı, 2005, 60 s.
Heydər Əliyev və Azərbaycanda elmin, təhsilin inkişafı. Kitab, Bakı, 2007, 23 s. V.Balayeva
Görkəmli alim və ictimai xadim. Monoqrafiya. Bakı, 2009, 118 s.
Dinşünaslıq kursunun proqramı. Proqram, N.Tusi adına ADPU-nun nəşri, Bakı, 1996 19 s. R. Məhərrəmov, Z. Zülalova
Etika kursu üzrə proqram. Proqram. N.Tusi adına ADPU-nun nəşri, Bakı, 1996 17 s. T. Şərifov, İ. Şəmsizadə
Fəlsəfə tarixi proqramı. Proqram, N.Tusi adına ADPU-nun nəşri, Bakı, 1997,28 s. Ş. Hacıyev
Pedaqoji Universitet və institutlarda bakalavr hazırlığı üçün proqram. Fəlsəfə. Proqram. N.Tusi adına ADPU-nun nəşriyyatı, Bakı, 1998, 37 s. H.İmanov
Pedaqoji Universitet və institutlarda bakalavr hazırlığı üçün proqram. Mədəniyyətşünaslıq. Proqram. N.Tusi adına ADPU-nun nəşriyyatı, Bakı, 1998,20 s. Y.Qaraməmmədli
Pedaqoji Universitet və institutlarda bakalavr hazırlığı üçün proqram. Mədəniyyətşünaslıq. Proqram Bakı, ADPU-nun nəşri, 2002 15 s. Y.Qaraməmmədli
Fəlsəfə proqramı. Proqram, Universitetlərdə bakalavr hazırlığı üçün. Bakı, ABU 2003, 60 s.
İslamşünaslıq. Proqram, Bakalavr hazırlığı üçün Bakı, ABU 2003, 43 s. Prof. Ş.İ.Şirəliyev
İslam tarixi fənninin proqramı. Proqram. Universitetlərdə bakalavr hazırlığı üçün. Bakı, ABU 2003, 28 s. (Prof. Ş. İ. Şirəliyev)
Məntiq proqramı. Proqram, Universitetlərdə bakalavr hazırlığı üçün. Bakı, ABU 2003,19 s.
Dünya dinləri. Proqram. Bakalavr hazırlığı üçün Bakı, ABU 2003 16 s. Prof. Ş.İ.Şirəliyev, M.A. Balayev
Fəlsəfə. Proqram, ADPU-nun nəşri. Bakı, 2007,22 s.
Davamlı insan inkişafı. Proqram, ADPU-nun nəşri. Bakı, 2007, 30 s.
“İslamşünaslıq” fənni üzrə proqram. Universitetlərdə bakalavr hazırlığı üçün. Proqram, Bakı, 2009, 20 s.
Fəlsəfə. Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün. Proqram, Bakı, 2010, 39 s. Y.Qaraməmmədli
Universitetlərdə və İnstitutlarda bakalavr hazırlığı üçün məntiq fənnindən proqram. Proqram. Bakı, 2011, 20 s.
Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi. Proqram. Magistr hazırlığı üçün proqram. Bakı, 2012, 31 s., şərikli
Qaçqınlar və məcburi köçkünlərlə sosial iş fənni üzrə proqram. Proqram, Bakı, 2012, 38 s. şərikli
Dünya dinləri. Proqram. ADPU-nun nəşri. Bakı, 2014, 20 s.
İslam və antikommunizm // V.İ.Lenin adına APİ-nin elmi əsərləri, Bakı, 1981, s. 49-51
Din və vicdan azadlığı // “Kənd həyatı” jurnalı, Bakı, 1982, №8, s.130-137
V.İ.Lenin sinifli cəmiyyətdə din və siyasətin əlaqəsi haqqında // Azərbaycan SSR EA-nın Xəbərləri, Bakı, 1989, №2 s. 91-98
İslam dini təşkilatlarının fəaliyyət istiqamətləri // V.İ.Lenin adına APİ-nin elmi əsərləri, Bakı, 1990, s.68-69
Din və vicdan azadlığı // N.Tusi adına ADPU-nun Elmi əsərləri, hum.elm.seriyası, I cild, Bakı, 1994, s.162-169
İslam: din və siyasət // N.Tusi adına ADPU-nun Elmi əsərləri, hum.elm.seriyası, II cild, Bakı, 1994, s.180-183
Qadının mədəni səviyyəsinin yüksəldilməsində asudə vaxtın rolu // “Azərbaycan qadını” jurnalı, №3-4, 1994, s. 30-32 N. Davlenidze
Müasir dövr və islam təşkilatları // N.Tusi adına ADPU-nun Xəbərləri, Bakı, 1995, №1, s.1-7
Sufizmin meydana gəlməsinin ictimai-iqtisadi və siyasi şəraiti // N.Tusi adına ADPU-nun Xəbərləri, Bakı, 1995, №1, s.174-181
Ali məktəbdə fəlsəfə elminin tədrisinin bəzi məsələləri // N.Tusi adına ADPU-nun Xəbərləri, hum.elm.seriyası, Bakı, 1996, №1, s.75-77
Cəmaləddin Əl-Əfqaninin dini, ictimai və siyasi görüşləri // N.Tusi adına ADPU-nun Xəbərləri, hum.elm.seriyası, Bakı, 1996, №1, s.75-78
Azərbaycan diasporu və mənəvi birlik problemi // Elm və təhsil mərkəzi, “Təfəkkür” Universitetinin Elmi əsərləri, I hissə, Bakı, 1996, s.216-222 A. Balayev
İslamda dəyərlər və onun məzmunu // Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutu, Ekologiya, fəlsəfə, mədəniyyət. XV buraxılış, Bakı, 1997. s.15-19
Milli siyasət və din // N.Tusi adına ADPU-nun Şamaxı filialı alimlərinin VI elmi konfransın materialları, Bakı, 1997, s.13-15
Quranın meydana gəlməsində sosial-siyasi amillərin rolu // Ali pedaqoji məktəblərdə humanitar və ictimai elmlərin tədqiqi və tədrisinə dair II respublika elmi konfransın materialları, Bakı, 1997, s.213-214
Azərbaycanlılara qarşı aparılan ermənipərəst siyasət // Deportasiya, N.Tusi adına ADPU-nun nəşri, Bakı, 1998, s. 207-211
Vahabilik təriqəti necə meydana gəlmiş və onun dini prinsipləri nəyi təbliğ edir? // Azərbaycan EA, Bəhmənyar adına Fəlsəfə və Hüquq institutu, Ekologiya, Fəlsəfə, Mədəniyyət Elmi məqalələr məcmuəsi, 23-cü buraxılış, Bakı, “Elm”, 1999, s.201-206
M.Füzulinin dini, siyasi və əxlaqi görüşləri // Pedaqoji Universitet Xəbərləri (humanitar, pedaqoji, psixoloji elmlər seriyası), №3, Bakı, 1999, s.32-35
Bizim Məmməd // S.Salamoğlu, Y.Babayev. “Ömrü” şərəflə yaşayanda. Bakı, 2010. s.170-172
“Kitabi-Dədə Qorqud” dastanları və islam // “Kitabi-Dədə Qorqud” – 1300 (Məqalələr məcmuəsi), Bakı-Maarif”, 2000, s.27-33
Akademik Heydər Hüseynovun həyat və yaradıcılığı // Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ADPU, Filologiya məsələlərinə dair tematik toplu, №3 (12), Bakı, 2000. s.106-110
Səfəvilər dövlətinin siyasi strukturu // Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlətçilik tarixində Səfəvilər dövlətinin yeri // Elmi-nəzəri konfransın materialları, Bakı, 2001, s.41-45.
Ələsgər Ələkbərovun Azərbaycanın maddi və mənəvi mədəniyyətinin öyrənilməsində xidməti // Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ADPU, I Beynəlxalq türkoloji qurultayın 75-ci il dönümünə həsr olunmuş elmi konfransın materialları (6-7 mart 2001-ci il), Bakı, “Ağırdağ”, 2001, s.231-235
Görkəmli Azərbaycan alimi N. Tusinin fəlsəfəsi // Azərbaycan Respublikasının Təhsil Nazirliyi. ABU. N. Tusinin 800 illik yubileyinə həsr edilmiş Respublika elmi konfransın materialları, 2-3 aprel, Bakı, 2001, s.232-236.
Keçid dövrünün fərqli xüsusiyyətləri // Aylıq fikir dərgisi, “Aydın”. Mart-aprel, sayı №2, Bakı, 2002, s.71-78
Bizim Məmməd // Ömürlə şərəflə yaşayanda. Bakı 2005, s.184-186.
İmam Əli (ə) şairlərin gözü ilə // Həzrəti Əlinin (ə) həyatı və şəxsiyyətinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları. Bakı, 2001, s. 360-569
Müstəqil Respublikamız və dilimiz // “Elm” qəzeti, 12 iyul 2004-cü il №21-22, (706-707), s.1-4, V. Balayeva
Sözü ilə əməli bir danışan // Mənalı ömür. Bakı, 2004, s.451-453.
Heydər Əliyev və Azərbaycanda elmin, təhsilin inkişafı // “Elm” qəzeti, 28 dekabr 2004, s.2-5
Mənəviyyatı zəngin olan insan // Həqiqət Kərimova elm və təfəkkür axtarışında keçən ömür. “Nurlan” nəşriyyatı, Bakı, 2005, s.80-82
Azərbaycan Demokratik Respublikasının humanitar siyasətinin bəzi məsələləri // 2005-ci ildə professor-müəllim heyətinin apardığı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş elmi konfransın materialları, (10-11 may 2006-cı il), Bakı, 2006, s.31-33
İslamda xəlifəliyin və xilafətin meydana gəldiyi ictimai, iqtisadi və siyasi şərait // Dövlət və din. İctimai fikir toplusu. Bakı, 2007. №3-4, s.108-113
Azərbaycan Demokratik Cümhuriyyəti və onun humanitar siyasəti haqqında // Respublika elmi konfransın materialları. Sumqayıt - 2007. s.21-24
Qayğıkeş insan, görkəmli alim // Ölüm sevinməsin qoy. “Nurlan”, Bakı, 2007, s.145-146
İslamda imamlığın yaranması və onun inkişafı tarixi // “Dövlət və din” jurnalı. İctimai fikir toplusu, Mart-2008, s.88-94
Görkəmli alim və ictimai xadim // “Elm” qəzeti, 30 avqust, 2008-ci il, s.2-4
Erməni xəyanəti, onun mahiyyəti və acı nəticələri // “Elm” qəzeti №33-34 (932-933) 17 noyabr 2009-cu il, s.3-4
Vicdan azadlığı ilə bağlı beynəlxalq prinsiplər və Azərbaycan təcrübəsi // Dövlət və din. Bakı-2009 №6, s.113-119
Birinci Türkoloji qurultay və Azərbaycanın maddi, mənəvi mədəniyyətinin öyrənilməsinin bəzi məsələləri // Pedaqoji Universitet xəbərləri, Bakı, 2010, №3. s.204-210, V. Balayeva
İslamda fəlsəfi ideyaların yaranması və inkişafı // Dövlət və din. İctimai Fikir Toplusu. Sentyabr-Oktyabr. Bakı, 2010 №5 (19), s.186-195
Georgi Vilhelm Fridrix Hegel və Şərq // “Dövlət və din” İctimai fikir toplusu, yanvar-fevral. Bakı, 2011, №1(21), s.39-47
Müdrik insan, gözəl alim // Fəlsəfi düşüncələr dünyası. Bakı, 2012, s.165-167
İstedadlı və cəsarətli alim // Xatirə albomu. Mirzəli Murquzov – 75. Bakı, 2012, s.90-92
M.F.Axundovun fəlsəfi, ictimai və bədii yaradıcılığı haqqında // Azərbaycan Respublikası Təhsil Nazirliyi Problemləri İnstitutu. Elmi əsərlər, Bakı, 2013, № 1. s.244-249 şərikli
Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi // Qərb Universiteti. Elmi Xəbərlər. Bakı, 2013, s.38-45.
İqnati Qoldsiyer // Pedaqoji Universitet Xəbərləri. Bakı, 2013. № 4, s.413-417.
Azərbaycan elmi haqqında qiymətli tədqiqat əsəri // ADPU-nun Xəbərləri. №1.Bakı, 2013, s.180-186.
Fəlsəfə kafedrası // ADPU tarixi 80. Bakı - 2002, s.231-232.
Fəlsəfə kafedrası // ADPU. (1921-2006). 85. Bakı, 2006, s.133-135.
Fəlsəfə kafedrası // Y. Məmmədov. ADPU. 90. Bakı, 2012, s.217-219.
Görkəmli Azərbaycanlı mənbəşünas alim // Azərbaycan Elm və mədəniyyət xadimləri. Məqalə, Bakı 2014, s.102-104.
Heydər Əliyev və Azərbaycanda dinə münasibətdə tolerantlıq // ADPU-nun Xəbərləri. Bakı, 2014, s.73-78.