Məhəmməd Baqir Qalibaf

Məhəmməd Baqir Qalibaf — (fars. محمد باقر قالیباف‎; 23 sentyabr 1961, Torqəbə, Pəhləvilər İranı[d]) Məhəmməd Baqir Qalibaf İran İslam Respublikasının Parlamentinin Sədridir.[1] O, İran İnqilabı Keşikçiləri Korpusunun komandiri və Tehran polisinin rəisi olub və uzun müddət hərbi və siyasi vəzifələrdə çalışıb. Londonda yerləşən "Iran Wire" onu "ən hazırlıqlı namizəd" kimi təsvir edib.

Məhəmməd Baqir Qalibaf
fars. محمدباقر قالیباف
Şəxsi məlumatlar
Doğum tarixi 23 sentyabr 1961(1961-09-23) (63 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu, universitet müəllimi[d]
Dini islam, şiəlik
Rütbəsi briqada generalı

İmzanın şəkli
ghalibaf.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qalibafın Atası Hüseyn Qalibaf kürd, anası farsəsilli Xeyir al-Nasadır.

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Milli Məclisin sədri Sahibə Qafarova ilə 09.01.2023-cü ildə görüşüb. Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyasında iştirak etmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 9-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşüb. Görüşdə ikitərəfli gündəliyin aktual məsələləri, post-münaqişə dövründə regionda mövcud olan vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüsləri haqqında məlumat verib. Görüşdə həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti haqqında da müzakirələr aparılıb.[2]

Məhəmməd Baqir Qalibaf 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak üçün qeydiyyatdan keçdi.[3]

Musavat qəzeti İranda prezidentliyə namizədlərdən ən şanslısı kimdir? başlıqlı məqaləsində bildirir ki, Məhəmməd Baqer Qalibaf hakimiyyət üçün şanslı namizədlərdən sayılır. Əvvəlki prezident seçkilərində namizəd olaraq iştirak edib. 2004-cü i keçirilən siyasi kampaniyada 4-cü, 2013-cü ildə isə Həsən Ruhanidən sonra ikinci yerdə olub. 2016-cı ildə namizədliyi qeydə alınsa da, İbrahim Rəisinin xeyrinə siyasi yarışmadan geri çəkilmişdi. O, İran İnqilab Keşikçiləri Qvardiyasında müxtəlif yüksək vəzifələrdə işləyib. Karyerasını könüllülər sıralarından qurmağa başlayıb. Bu baxımdan, qvardiyada onun nüfuzunun az olmadığı ehtimal edilir. O, ikinci dəfə parlamentə sədr seçilib. Bu ilin mayında yenidən parlamentə sədr seçilməsi onun prezident seçkisinə qatılmayacağı ehtimalını çoxaltmışdı. Ancaq son anda Qalibafın iddiaçı kimi ərizə ilə müraciət etməsi bir sıra suallar yaratdı. M.B.Qalibaf isə kürd və fars qarışığıdır. Parlament sədrinin bu özəlliyindən də istifadə oluna bilər.[4]

  1. "Qalibaf yenidən İran parlamentinin sədri seçilib. Tarix: 28.05.2024". 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-28.
  2. "Sahibə Qafarova ilə Məhəmməd Baqir Qalibafın görüşü. Tarix: 04.06.2024". 2024-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-04.
  3. "Qalibaf və prezident seçkilərində iştirak. Tarix: 04.06.2024". 2024-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-04.
  4. "Prezidentliyə namizədlərdən ən şanslısı kimdir?. Tarix: 11.06.2024". 2024-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]