Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi[1]) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir[2].
Məhəmməd Baqiri | |
---|---|
fars. محمد حسین باقری | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | iyun 1960 (64 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | İran |
Qoşun növü | İran İnqilab keşikçiləri Ordusu, İran Silahlı Qüvvələri |
Xidmət illəri | 1980-ci ildən |
Rütbəsi | general-mayor |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur[3]. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir[4]. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir[5]. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir[6]. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur[7]. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir. Fəth ordeninin və Nəsr ordeninin sahibidir.
Böyük qardaşı Həsən Baqiri İran-İraq müharibəsində komandir olmuşdur[7]. Həsən Baqiri İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat şöbəsinin yaradıcısı və ilk quru qüvvələri komandiri olmuşdur.[8].
8 aprel 2019-cu ildə ABŞ İranın İnqilab Keşikçilərini xarici terror təşkilatı olaraq adlandırmışdır[9]. İsrailin Baş naziri Benyamin Netanyahu, Twitterdə Donald Trampa dərhal təşəkkür etmişdir[10]. Məhəmməd Baqiri bu haqda bunları demişdir: “Biz ABŞ-nin Qərbi Asiyadakı qoşunlarını terrorçu hesab edirik və əgər o lənətə gəlmişlər bir şey edərlərsə, biz onlara qarşı cəsarətlə mübarizə aparacağıq[11][12]”
İŞİD haqqında danışan Məhəmməd Baqiri “Bağdad bizim qırmızı xəttimizdir” demiş və İŞİD-in Bağdada hücum edəcəyi təqdirdə İranın İŞİD-lə mübarizə aparmaq məqsədilə İraqa hərbi müdaxilə edəcəyini vurğulamışdır.[2].