Məhəmməd Eldar oğlu — Usta Eldaroğlu Məhəmməd kimi taninan XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış görkəmli memar.
Məhəmməd | |
---|---|
Məhəmməd Eldar oğlu | |
Digər adı | Eldaroğlu Məhəmməd |
Doğum yeri | İlisu, Qax rayonu |
Vəfat yeri | İlisu, Qax rayonu |
Milliyyəti | türk |
Fəaliyyəti | memar |
Zaqatala dairəsinin İlisu kəndində anadan olmuşdur. Həyatı haqqında səhih məlumatlar qalmasa da onun Azərbaycanın müxtgəlif bölgələrində (Şəki-Zaqatala, Gəncəbasar və Qarabağ mahallarında) inşasına rəhbərlik etdiyi onlarla məscid, mədrəsə binası və xüsusi sifarişli fərdi evlər bu gün də öz memarlıq üslubu və davamlılığı ilə seçilir. Məhəmməd Eldaroğlunun 1920-ci ildə Gəncə şəhər Xeyriyyə Cəmiyyətinin dəvətilə Gəncədəki məşhur Şah Abbas məscidinin bərpasını apardığı da məlumdur. Məhəmməd Eldaroğlunun həyatı haqqında geniş məlumatımız olmasa da Azərbaycanın el sənətkarı aşıq Molla Cümənin ona ithaf etdiyi Usta rədifli qoşması məlumdur. Qoşmadan bir parça:
Salam olsun sənə, usta Məhəmməd, Bu mədhi eşitsin qulağın usta. Sənə kömək olsun Allahus Səməd, Başa kimi yansın çırağın, usta.
Məskənin İlisu, familin Eldar, Dalında tədbirli sahib kamandar, Elmdə mahirsən gün kimi aşkar, Çatıbdır hər yerə sorağın, usta.