Məhəmməd Həsənov (dilçi)

Məhəmməd Həsənov (20 mart 1930, Daşkəsən, Qaryagin qəzası1 iyul 1998) — Bakı Dövlət Universitetində professor.

Həsənov Məhəmməd
Doğum tarixi 20 mart 1930(1930-03-20)
Doğum yeri
Vəfat tarixi 1 iyul 1998(1998-07-01) (68 yaşında)
İş yeri
Təhsili

1930-cu il martın 20-də Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1946-cı ildə Qaryagində (indiki Füzulidə) Pedaqoji texnikumu əla attesttla, 1953-cü ildə Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1956-cı ildə ETPEİ-nin (indiki AR Təhsil İnstitutu) Azərbaycan dili tədrisinin metodikası üzrə aspiranturasını bitirmişdir.

1956-cı ildə ETPEİ-nin (indiki AR Təhsil İnstitutu) Azərbaycan dili tədrisinin metodikası üzrə aspiranturasını bitirmişdir. Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda, M. F. Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (indiki Bakı Slavyan Universiteti) işləmişdir. 1973-cü ildən ömrünün sonuna qədər isə Bakı Dövlət Universitetində çalışmışdır. Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru idi.

1962-ci ildə "V sinifdə sifət bəhsinin tədrisi" mövzusunda namizədlik, 1989-cu ildə isə "Azərbaycan dili sintaksisi tədrisinin linqvistik-didaktik əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, bir sıra elmi əsərlərin redaktoru, N. Tusi adına APU-nun "Elmi əsərlər" məcmuəsinin redaksiya heyətinin üzvü idi.

M. S. Həsənov 2 müdafiə şurasının- Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu nəzdindəki müdafiə şurasının və Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutunda doktorluq müdafiəsi şurasının üzvü olmuşdur. 15-ə qədər namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmiş, bir sıra namizədlik və doktorluq dissertasiyalarına rəy yazmışdır.

Professor M. S. Həsənov 100-ə yaxın elmi-metodik əsərin müəllifidir. Bunlar monoqrafiya, dərslik, dərs vəsaiti, metodik vəsait, metodik göstəriş, proqram və metodik məqalələrdir.

1. V sinifdə sifət bəhsinin tədrisi haqqında. Metodik vəsait, 1959.

2. V–VIII siniflərdə Azərbaycan dilinin tədrisi təcrübəsindən. Metodik vəsait, 1963.

3. Azərbaycan dilinin tədrisi (V–VIII siniflərdə). Metodik vəsait, I hissə, "Maarif", 1965.

4. Azərbaycan dilinin tədrisi (V–VIII siniflərdə). Metodik vəsait, II hissə, "Maarif", 1966.

5. Durğu işarələrinin işlədilməsi qaydaları. 1969.

6. Azərbaycan dili. III sinif üçün dərslik. "Maarif", 1971.

7. Sintaksisin tədrisində qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları, "Maarif", 1972.

8. Qrammatikanın (morfologiyanın) tədrisində orfoqrafiya üzrə aparılan işlər, 1973.

9. Azərbaycan dili tədrisinin metodikası. Dərs vəsaiti, 1985.

10. Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər. Metodik vəsait, 1987.

11. Azərbaycan dili. Onbirillik məktəbin IV sinfi üçün dərslik. "Maarif", 1988.

12. Azərbaycan dili durğu işarələrinin tədrisinə dair. Metodik göstəriş, 1991.

13. Azərbaycan dili tədrisinin metodikası proqramı. 1992.

14. Azərbaycan dili orfoqrafiya qaydalarının tədrisi. Metodik göstəriş, 1992.

15. Sintaktik əlaqələrin tədrisi. Metodik göstəriş, 1993.

16. Sadə cümlənin tədrisinin bəzi məsələləri. Metodik tövsiyə, 1995.

17. Azərbaycan dili tədrisinin metodikasına aid dərslik və dərs vəsaitləri. Metodik tövsiyə, 1997.

18. Azərbaycan dili. IV sinif üçün dərslik, 1997.

19. Fonetikanın tədrisinə dair. Metodik tövsiyə, 1997.

20. VII–VIII siniflərdə sintaksis və durğu işarələrinin tədrisi. Metodik vəsait, "Maarif", 2001.

21. Seçilmiş əsərləri. 1 cild."Elm və təhsil", 2010.

22. Seçilmiş əsərləri. II cild. APU, 2012.

23. Seçilmiş əsərləri. III cild. APU, 2013.