Məhəmməd Həsənov (general-mayor)

Məhəmməd Kərim oğlu Həsənov (25 fevral 1966, Qazax rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru; Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseyin rəisi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Komandanının müavini; Günnüt əməliyyatıVətən müharibəsinin iştirakçısı. 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 2018-ci ildə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.

Məhəmməd Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 25 fevral 1966(1966-02-25) (58 yaş)
Doğum yeri Aslanbəyli, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi
General-mayor
Döyüşlər
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2006 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Vətən uğrunda" medalı — 2007 "İgidliyə görə" medalı — 2018 "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Məhəmməd Həsənov Qazax rayonu Aslanbəyli kəndində anadan olub. Ali təhsilini bitirdikdən sonra rus dili müəllimi olaraq işləməyə başlamışdır. 20 yanvar hadisələrində Sovet İttifaqına qarşı etiraz nümayişində fəal iştirakçılardan olmuş və son anda tankın altından sağ çıxmağı bacarmışdır. Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanmış və ağır döyüşlərdə iştirak edərək bir neçə qəlpə yarası almışdır.

Hərbi Xidməti

[redaktə | mənbəni redaktə et]

Müharibədən sonra hərbi xidmətdə qalaraq ordu quruculuğunda mühüm işlər görmüşdür. Mətbuatda açıqlanmayan bir çox əməliyyatların iştirakçısı olmuşdur. Hərbi hissə komandiri və digər mühüm vəzifələrdə xidmət etmişdir.


2019-cu il aprel ayında polkovnik Məhəmməd Həsənov Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseyə rəis təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2021-ci il tarixli 2926 nömrəli Sərəncamı ilə general-mayor Məhəmməd Kərim oğlu Həsənov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi Liseyinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordu komandanının müavini təyin edilib[1].

24 iyun 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev polkovnik Məhəmməd Kərim oğlu Həsənova general-mayor ali hərbi rütbəsi verilib.[2]

2003-cü ildə polkovnik-leytenant Həsənov Məhəmməd Kərim oğlu "Vətən uğrunda" medalı ilə təltif olunub.[3]

2006-cı ildə polkovnik-leytenant Məhəmməd Həsənov "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.[4]

2014-cü ildə polkovnik Məhəmməd Həsənov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[5]

2018-ci ildə polkovnik Məhəmməd Həsənov "İgidliyə görə" medalı ilə təltif olunub.[6]

  1. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  2. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 24 İyun 2019. 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 İyun 2019.
  3. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2011-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  5. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  6. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.