Məhəmməd Məmmədov (taekvondoçu)

Məhəmməd Məmmədov (27 iyun 1997) — Azərbaycanı təmsil edən taekvondoçu. Məhəmməd Məmmədov, Azərbaycan bayrağı altında 2015-ci ildə I Avropa Oyunlarında 5-ci yeri tutub, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Məhəmməd Məmmədov
Şəxsi məlumatlar
Tam adı Məhəmməd Məmmədov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 27 iyun 1997(1997-06-27) (27 yaş)
Boyu 189 sm.
Çəkisi 58 kq.
İdman növü Taekvondo
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Məmmədov 1997-ci il 27 iyunda anadan olub. Orta təhsilini Bakı şəhərində yerləşən 214 nömrəli tam orta məktəbdə alan Məhəmməd Məmmədovun şəxsi məşqçisi Səbuhi Zülfüqarovdur.

Məhəmməd Məmmədov birinci ciddi uğurunu 2013-cü ildə qazandı. Həmin il o, Portuqaliyanın Portu şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu. Bir il sonra, 2014-cü ildə isə o, Taybey şəhərində baş tutan gənclər arasında Dünya Çempionatına qatıldı və yarışın qalibi oldu. 2015-ci ildə isə Məhəmməd Məmmədov Bakı şəhərində baş tutan I Avropa Oyunlarında qüvvəsini sınadı.

I Avropa Oyunları

[redaktə | mənbəni redaktə et]

58 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Məmmədov birinci görüşdə, 1/8 final mərhələsində Yeniyetmələrin II Olimpiya Oyunlarının çempionu, İsrail idmançısı Qili Haymovitz ilə üz-üzə gəldi. Birinci hissəsi 1:3, ikinci hissəsi 1:4, üçüncü hissəsi isə 2:0 hesabı ilə başa çatan görüşdə, Məhəmməd Məmmədov 7:4 hesablı qələbə qazandı və növbəti mərhələyə adladı. Bu mərhələdə o, İspaniya idmançısı, Yeniyetmələrin II Olimpiya Oyunlarının bürünc medalçısı Xesus Tortosa Kabrera ilə qarşılaşdı. Güclü rəqibi ilə görüşdə Məhəmməd Məmmədov 3:8 hesabı ilə uduzdu. Amma, Xesus Tortosa Kabrera finala vəsiqə qazandığı üçün o, təsəlliverici qrupda mübarizə apardı. Birinci görüşdə Məhəmməd Məmmədov Belarus idmançı İlya Kokşintsau ilə üz-üzə gəldi. Həmin görüşdə o, asan qələbə qazandı, 15:3 və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həlledici görüş isə gərgin alındı. Belçika idmançısı Si Məhəmməd Ketbi ilə qarşılaşmanın birinci hissəsi, 0:1 hesabı ilə Məhəmməd Məmmədovun xeyrinə başa çatdı. İkinci hissəsi 0:0 hesabı ilə bitən görüşdə, üçüncü hissə daha gərgin alındı. Si Məhəmməd Ketbinin 4:3 hesabı ilə qələbə qazanması, bürünc medalın taleyini qızıl hissəyə apardı. Həlledici hissədə ani səhv buraxan Məhəmməd Məmmədov, rəqibinə məğlub oldu. I Avropa Oyunlarının bürünc medalını əldən verən və 5-ci yeri tutan 17 yaşlı Məhəmməd Məmmədov görüş başa çatdığdan sonra, elə tatamidəcə göz yaşlarını saxlaya bilmədi. Bundan sonra isə, Azərbaycan Prezidenti İlham Əliyev 17 yaşlı gənc idmançı Məhəmməd Məmmədova zəng etdi və ona, ürək-dirək verdi.

  • Trelleborg Open (2013) — bürünc medal
  • Gənclərin Avropa Çempionatı (2013) — qızıl medal
  • Trelleborg Open (2014) — qızıl medal
  • Fujairah Open (2014) — qızıl medal
  • Gənclərin Dünya Çempionatı (2014) — qızıl medal
  • Cənubi Koreya Open (2014) — gümüş medal
  • Ukrayna Open (2014) — bürünc medal
  • Türkiyə Open (2015) — bürünc medal
  • Prezident Kuboku (2016) — gümüş medal
  • Lüksemburq Open (2016) — qızıl medal
  • Xorvatiya Open (2016) — bürünc medal
  • Almaniya Open (2017) — qızıl medal