Məhəmməd Mokayev

Məhəmməd Mokayev (qum. Магьамат Мурадны уланы, ing. Muhammad Mokaev; 30 iyul 2000, Buynaksk, Dağıstan) — UFC-də çıxış edən qumuq əsilli rusingilis qarışıq döyüş sənəti iştirakçısıdır .

Məhəmməd Mokayev
ing. Muhammad Mokaev
Şəxsi məlumatlar
Doğum adı rus. Мухаммад Мокаев
Ləqəbləri The Punisher (azərb. Cəzalandırıcı‎)
Vətəndaşlığı  Böyük Britaniya
 Rusiya
Milliyəti Qumuq
Doğum tarixi 30 iyul 2000(2000-07-30) (24 yaş)
Doğum yeri
Boyu 170 m
Çəkisi 56 kq
İdman növü Karate, güləş, qaydasız döyüş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Mokaev 30 iyul 2000-ci ildə Buynakskda anadan olub. Milliyyətinə görə - Qumukdur . Gənc yaşlarından döyüş sənəti ilə məşğul olmağa başladı. O, ilk vaxtlar güləşlə məşğul olmağa başladı, ancaq karateni xüsusilə sevirdi. Artıq 12 yaşında Məhəmməd ailə səbəblərinə görə vətənini tərk edib İngiltərəyə (Mançester şəhərinə) köçməli oldu .

İdman karyerası

[redaktə | mənbəni redaktə et]

Məhəmməd həvəskarlar səviyyəsində ilk döyüşünü 2016-cı il sentyabrın 24-də Ash McCracken-ə qarşı keçirdi və yekdil qərarla böyük qələbə qazandı. Bundan əlavə, döyüşçü iki dəfə 2018 və 2019-cu illərdə MMA üzrə 20 yaşadək dünya çempionatının qalibi olub.

2022-ci ilin martın 19-da ilk UFC görüşünə çıxan Mokayev, rəqibi Codi Durdeni 58 saniyəyə boğucu gilyotin fəndi işlətməklə qalib gəldi.[1]

2022-ci ilin iyulun 23-də ikinci UFC görüşündə, rəqibi Çarlz Consonu hakimlərin yekdil qərarı ilə məğlub etdi.[2]

  1. "Arxivlənmiş surət". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.
  2. "Arxivlənmiş surət". 2022-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]