Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məhəmməd Nəcibulla (puşt. محمد نجيب الله — Mohammad Najibullāh; 6 avqust 1947 və ya 1947[1], Qardez[d], Kabil vilayəti, Əfqanıstan krallığı[d] – 27 sentyabr 1996[2][3] və ya 1996[1], Kabil, Kabil vilayəti, Əfqanistan İslam Əmirliyi) — Əfqanıstanın siyasi xadimi, diplomat.
Məhəmməd Nəcibulla | |
---|---|
puşt. محمد نجيب الله | |
24 noyabr 1986 – 16 aprel 1992 | |
Əvvəlki | təsis edilib |
Sonrakı | Bürhanəddin Rəbbani |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 avqust 1947 və ya 1947[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 sentyabr 1996[2][3] və ya 1996[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | asılma[d] |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, diplomat, həkim, ginekoloq |
Dini | İslam |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general, general-leytenant |
Vikianbarda əlaqəli mediafayllar |
Tələbə-təbib, kommunist-"pərçamçı", İranda səfir, sonra Əfqanıstan Xalq-demokrat partiyasının daxilindəki "Xalk" fraksiyasının qalibiyyəti ilə vətəndşlığı əlindən alınan mühacir. Həmin vaxt o, Moskvaya sığındı və Kabula yalnız sovet qoşunları ilə bərabər qayıtdı.
Sonra Əfqanıstan "KQB"-sinin rəhbəri, 1986-cı ildən isə prezident oldu. Sovet qoşunları 1989-cu ildə çıxıb getdi, Nəcibulla isə daha 3 il hakimiyyətdə qaldı. Sonra hakimiyyəti koalision hökumətə təhvil verdi, qadınını və 3 qızını Dehliyə yollayıb özü Kabulda qaldı. 4 il BMT-nin Kabuldakı nümayəndəliyinin ofisində yaşadı.
1996-nın 26 sentyabrında taliblər qəfildən paytaxtı tutarkən Nəcibullanı xilas etmək barədə bir kimsə düşünmədi. Əslində isə bütün tərəflər onun ölümünü istəyirdi - əsas şahid aradan çıxarılmalıydı.
Son dəqiqələrində Pakistan xüsusi xidməti ona "Düren xətti" (2 ölkənin mübahisəli sərhədlərinə son qoymaq) ilə bağlı sənədə imza etdirə bilmədilər. Döydülər, işgəncə verdilər, maşına bağlayıb sürüdülər, səhərisi günsə qardaşı ilə birlikdə camaatın gözü qabağında asdılar. Onun qismətinə dəhşətli ölüm, alçaldılma və uzun aqoniya düşdü. Şapur Əhmədzayın cəsədi 1 gün sonra dəfn üçün verilsə də, Nəcibullanın meyiti 1 həftə asılı qaldı. Sonra da naməlum yerdə bir quyuya gömdülər. Hamısı "tərəqqipərvər bəşəriyyət"in və "dünyanın ağaları"nın lal sükutu ilə müşayiət olundu.
Düşmənə heç vaxt boyun əyməyən, dostlarına sadiq bir şəxsiyyəti dostlar satdı, düşmənlər alçaltdı. Kommunist Nəcib ifrat səmimiyyətinin qurbanı oldu.