Məhəmməd Səfəvi

Xacə Məhəmməd SəfəviSəfəvi sülaləsinin üzvü və şahzadələrdən biri.

Xacə Məhəmməd Səfəvi
Doğum tarixi XV əsr

Xacə Məhəmməd Səfəvi Səfəvi ordeninin rəhbəri Şeyx Cüneydin (1447-1460) oğludur. O, Şeyx Cüneydin çərkəz əsilli cariyədən olan oğludur.[1] Onun ögey və böyük qardaşı olan Şeyx Heydər atası Şeyx Cüneyddən sonra Səfəvi ordeninin rəhbəri olmuşdur. Məhəmməd Səfəvinin qardaşı oğlu olan Şah İsmayıl (1501-1524) isə Səfəvi dövlətinin əsasını qoymuşdur.[1] Məhəmməd Səfəvinin Xacə Cəmşid adlı bir digər qardaşı da olmuşdur. O, Şeyx Heydərin cənubi Dağıstana olan yürüşü zamanı həyatını itirmişdir.[1] Məhəmməd Səfəvinin yaşayan yeganə bacısı Şahpaşa Xatun Məhəmməd bəy Talışla evlənmişdir. Məhəmməd bəy Talış Xalxaldan idi. Sonradan Şah I İsmayılın ən yaxın komandanlarından birinə çevrilmiş və onun hakimiyyətə gəlməsində mühüm rol oynamışdı.[1][2]

  • Ghereghlou, Kioumars. ḤAYDAR ṢAFAVI // Encyclopaedia Iranica. 2016.
  • Nashat, Guity; Beck, Lois, redaktorlar Women in Iran from the Rise of Islam to 1800. University of Illinois Press. 2003. ISBN 978-0252071218.