Məhəmməd Sadiq Mərvəzi

Məhəmməd Sadiq Mərvəzi - XIX əsr tarixçisi, şair.

Məhəmməd Sadiq Mərvəzi
Doğum yeri Mərv
Vətəndaşlığı Qacar dövləti
Dini islam
İxtisası tarixçi, şair

Həyatı[redaktə | mənbəni redaktə et]

Məhəmməd Sadiq Mərvəzi Məşhəd şəhərində təhsil almış. Daha sonra bir müddət İraqda yaşamışdır. Yenidən vətənə qayıtdıqdan sonra Fətəli şahın qulluğuna girərək sarayda yaşayıb yaratmağa başlamışdır. Mərvəzinin əsas əsəri "Cahanara" salnaməsidir. Bu tarixi salnamədə 1796-1826-cı illər aralığında regionda baş vetmiş hadisələrdən bəhs edilir. Mərvəzi əsasən Qacar dövləti Rusiya arasındakı müharibələrə aid məlumatlar vermişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]