Şeyx Məhəmməd Siddiq əl-Minşavi (ərəb. محمد صديق المنشاوي d. 1 yanvar 1920-ci il – ö. 20 iyun 1969-cu il) — İslam dünyasının görkəmli Quran qarisi, tilavət qaydalarının pionerlərindən biri. Qurani-Kərimi xüsusi həzin üslubda oxumaqla fərqlənirdi.
Məhəmməd Siddiq Minşavi | |
---|---|
ərəb. محمد صديق المنشاوي | |
Doğum tarixi | |
Doğum yeri | Suxac, Misir |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat səbəbi | Qida borusu venalarının varikoz genişlənməsi xəstəliyi |
Vətəndaşlığı | Misir |
Uşağı | 15 |
Milliyyəti | Ərəb |
Təhsili | |
Fəaliyyəti | qari |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmməd Siddiq Minşavi 1920-ci il yanvarın 1-də Misir Ərəb Respublikasının Suxac vilayətində dünyaya gəlmişdir. Səkkiz yaşında olarkən, o artıq Quranı bütövlüklə bilirdi. Qurani-Kərimi gözəl avazla oxuması, eləcə də bu Kitabın məna və təfsirini dərindən bilməsi tez bir zaman ərzində Minşaviyə şöhrət gətirir. O, Fələstin, Suriya, Kuveyt və Livan məscidlərində, həmçinin radio verlişlərində Quranı tilavət edir. Minşavi 1969-cu il iyunun 20-də qida borusu venalarının varikoz genişlənməsi xəstəliyindən dünyasını dəyişir. Müsəlman aləminin ən məşhur qarilərindən biri kimi yadda qalmış Məhəmməd Siddiq Minşavinin ölümündən qırx ildən çox keçməsinə baxmayaraq, onun səsi lentə yazıldığından, Qurani-Kərimin aşiqlərini hələ də feyzyab etməkdədir.
Məhəmməd Siddiq Minşavi iki dəfə evli olmuşdur. Birinci nikahdan onun dörd oğlu və iki qızı, ikinci nikahdan isə beş oğlu və dörd qızı var idi. Minşavinin ikinci həyat yoldaşı ərindən cəmi bir il qabaq dünyasını dəyişmişdir.