Məhəmməd ağa Yağləvəndli-Cavanşir

Məhəmməd ağa Yağləvəndli-Cavanşir — Qarabağ bəyi, Səfəvilər və xanlıq dönəmində oba və atlı dəstənin yüzbaşısı.

MƏHƏMMƏD AĞA YAĞLƏVƏNDLİ-CAVANŞİR
Məhəmməd ağa Bərxudar ağa oğlu Yağləvəndli-Cavanşir
Doğum tarixi
Doğum yeri Yağləvənd oymağı, Füzuli

Həyatı[redaktə | mənbəni redaktə et]

Məhəmməd ağa Yağləvəndli-Cavanşir 1682-ci ildə Cavanşir elinin Yağləvənd oymağında dünyaya göz açmışdı. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Obalarının yüzbaşısı olmuşdu. Öncə Osmanlı ordusunda qulluq etmiş, sonra ordudan qaçıb Nadirqulu xan Qırxlı-Avşarın dəstəsinə qoşulmuşdu. Nadirqulu xan özünü şah elan edəndən sonra onun ordusunda yüzbaşı kimi xidmət etmişdi. Şahın ordusunda bir çox savaşlara qatılmışdı. Məhəmməd ağanın ailəsı Xorasana, Sərəxsə sürgün olunmuşdu. Onun qohum-əqrabası Nadir şahın qətlindən sonra Qarabağa qayıtmışdı. Arazbar qəzasının Xanarxı yurdunda məskunlaşmışdı. Şuşa şəhəri meydana gələndən sonra onun soy-sopu şəhərə daşınmışdı.

Məhəmməd ağa öncə Pənahəli xan Sarıcalı-Cavanşirə qarşı çıxsa da, sonra onun tərəfini tutmuşdu. Pənahəli xan Şuşa şəhərinin qurulması zamanı Məhəmməd ağa və onun oğlu Bərxudar ağadan istifadə etmişdi. Məhəmməd ağanın soy-sopu xanlıq sarayında və divanxanada mühafiz kimi çalışmışdı.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Məhəmməd ağanın Bərxudar ağa adlı oğlu vardı.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]