Məhəmməd xan Bəluc üsyanı

Məhəmməd xan Bəluc üsyanıNadir xan Əfşara qarşı Samarra döyüşündən sonra meydana çıxmış üsyan. Üsyan elə onun sərkərdələrindən biri olan Məhəmməd xan Bəluc tərəfindən başladılmışdır.[1]

Məhəmməd xan Bəluc üsyanı
Cənubi İranda XVIII əsrdə tikilmiş qala
Cənubi İranda XVIII əsrdə tikilmiş qala
Tarix 1733–1734
Yeri Cənubi İran
Səbəbi Məhəmməd xan Bəlucun Nadir xana qarşı üsyanı
Nəticəsi Nadir xan Əfşarın qələbəsi.
Ərazi dəyişikliyi Üsyanı dəstəkləmiş bölgələrdə Nadir xanın hakimiyyəti yenidən bərpa edildi.
Münaqişə tərəfləri

Səfəvilər

Üsyançı Məhəmməd xan Bəluc tərəfdarları

Komandan(lar)

Nadir xan Əfşar
Təhmasib xan Cəlayir
Kərim xan Qırxlı Əhməd xan

Məhəmməd xan Bəluc

Tərəflərin qüvvəsi

~5,000 (Əhməd xan) ~12,000 (Kərim xan Qırxlı) ~12,000 (Təhmasib xan Cəlayir)

Bilinmir

İtkilər

10 min döyüşçü

Bilinmir

Üsyanın başlaması

[redaktə | mənbəni redaktə et]

Nadir xanın Osmanlı İraqında Samarra döyüşündə məğlub olmasından sonra bu yürüş zamanı Bağdadı mühasirəyə almış 12 minlik dəstənin komandanı olan Məhəmməd xan Bəluc Mesopotamiyadan qaçaraq İranın cənubuna gəldi. O, Nadirin Topal Osman Paşa qarşısında fəaliyyəti boyunca ilk və sonuncu dəfə məğlubiyyətə uğramasından sonra Məhəmməd xan Bəluc onun nüfuzunun sasıldığı qənaətinə gərələrək üsyan qaldırdı. Onun üsyanı İran körfəzi bölgəsində cərəyan edən Şeyx Əhməd Mədani üsyanı ilə ittifaq halında idi.[2]

Nadir xan Şiraz valisini üsyanı yatırmaq üçün Meqasetsə göndərdi. Lakin oraya çatdıqdan sonra o da Nadir xana qarşı üsyan qaldırdı və İsfahana yürüşə edə bilmək üçün ordu toplamağa başladı. Bu əsnada Məhəmməd xan Bəluc döyüşçü toplamaq üçün Bəndərə yollandı və orada ona qoşulmaq istəməyən bəzi sakinləri qətlə yetirdi. Razılaşanları orduya topladıqdan sonra Şiraza getdi və buradan İsfahan yürüşlərinə hazırlaşmağa başladı.[3]

Nadir xanın məktubu

[redaktə | mənbəni redaktə et]

Nadirin məktubunda bunlar yazılmışdı:

" Sən nə edirsən? Sən mənim sadiq xidmətçim idin və ancaq yaxşı işlər görürdün. Mən səni ucaltdım və sən mənim ən yaxşı generalım idin, indi niyə mənə silah qaldırırsan? Tövbə et və seçdiyin yoldan qayıt. Allah sənin gözlərinin bir də qarışmasını qadağan edər! "

Məhəmməd xan Bəluc Nadir xanın təklifini rədd etdi və bu məktubu belə cavabladı:

" Mən seçdiyim yolda özümü fəda etmək fikrində qətiyəm. Qoy Allah sənə də, mənə də istədiyini versin. Ya mən sənin əlindən öləcəm, ya da sən mənim əlimdən öləcəksən. Bunu bil! "

Nadir bu cavabı öyrəndikdən dərhal sonra danışıqları dayandırdı və Şiraza doğru hərəkətə başladı. Nadirin şəhərə yaxınlaşmasından xəbər tutan Məhəmməd xan şəhəri tərk etdi və onunla düzənlik bir ərazidə qarşılaşdı. Döyüşdə üsyançı ordu darmadağın edildi və Məhəmməd xan döyüşdən qaçaraq canını qurtara bildi. Məhəmməd xan Bəndər yaxınlığındakı bir qalada gizləndi.

Məhəmməd xan Bəlucun öldürülməsi

[redaktə | mənbəni redaktə et]

Məhəmməd xan Bəluc Şiraza gələrək Fars körfəzindəki quldurların da yardımı ilə adalardan birinə qaçmaq istəyirdi. Lakin o bunu bacarmadı və həbs edilərək Nadir xanın hüzuruna gətirildi. Nadir onun gözlərinin çıxarılmasını əmr etdi. Həmçinin Nadirin əmrinə görə üsyana qarışmış tayfalar uzaq şərqə sürgün edildilər. Üsyanı dəstəkləmiş şəhər əhalisinə qarşı cəzalandırma tədbirləri həyata keçirildi. Gözünün çıxarılması zamanı aldığı yaralara görə Məhəmməd xan Bəluc vəfat etdi.[4]

  1. Axworthy, 2009. səh. 139
  2. Axworthy, 2009. səh. 140
  3. Axworthy, 2009. səh. 141
  4. Axworthy, 2009. səh. 143
  • Michael Axworthy. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. 2009. ISBN 978-1-84511-982-9.