Məhəmmədbağır Bəhbəhani

Məhəmmədbağır Behbahani — (fars. محمدباقر وحید بهبهانی‎;(1706–1791) (1118 –1207 Hicri) — İslam alimi.

Məhəmmədbağır Behbahani
محمدباقر وحیدبهبهانی
محمدباقر اصفهانی
Doğum tarixi
Doğum yeri İsfahan
Vəfat tarixi
Vəfat yeri Kərbəla

Böyük fəqih Əllamə Məhəmmədbaqir Vəhid Behbəhani hicri-qəməri 1118-ci ildə dünyaya göz açıb. Şəhərin adlı-sanlı müctəhidlərindən sayılan atası Məhəmməd Əkməl Şeyx Müfidin, anası Əllamə Məhəmmədtəqi Məclisinin kürəkəni Molla Salih Mazandaraninin nəvələrindən olub. Bu Əhli-beyt (ə) elm dəryasının mirvarisi belə bir ailədə boya-başa çataraq təqvalı atasının təlim-tərbiyəsi altında inkişaf etməyə başladı. Yetkinlik çağına təzə qədəm qoyan zaman böyük təqva və din maarifi müəllimini itirdi. Məhəmməd Əkməl dünya ilə vidalaşdı, pak qəlbli oğlunu ən ağır ictimai durumda tənha qoydu: Paytaxt İsfəhan süqut etmiş, əfqanlar qələbə çalmışdılar.

İsfahanda baş qaldıran hərc-mərclik, təhsil almaqda çətinliklər Məhəmməd Əkməl ailəsinin elm axtarışında olan gəncini mühacirət etmək fikrinə qərq etmişdi. Ona görə də 1135-ci ildə Nəcəf şəhərinə yollandı. O, Əmirəlmöminin Əlinin (ə) müqəddəs ziyarətgahı kanarında Seyid Məhəmməd Təbatəbai Bürucerdi, Seyid Sədrəddin Qumi kimi tanınmış alimlərin yanında təhsil almağa başladı. Məhəmmədbaqirin istedadını görən Seyid Məhəmməd Təbatəbai qızını ona verərək, onu öz ailə üzvü etdi. Bənzərsiz isfəhanlı tələbə adı ötən elm günəşlərinin şəfəqləri altında inkişaf edərək tədriclə fəqih və müctəhidlər sırasında yer aldı.

İlk öncə əxbarilik yolunu adladı. Lakin sonrakı tədqiqatlarında məlum metodun yanlış olduğunu analadı. Elə buna əsasən, Seyid Sədrəddin Həmədaninin dərsində iştirak edərkən aydın arqumentlərlə ustadının fikirlərini tənqid edərək o adlı-sanlı fəqihi əxbarilik yolundan çəkindirdi. Görkəmli alim Məhəmmədbaqirin bu addımı Seyid Sədrəddinin çox önəmli "Şərhe-vafiyə" kitabının müctəhidlərin baxışına yaxın olmasına səbəb olmuşdu. Lakin isfəhanlı alim "Şərhe-vafiyə" kitabı bitməzdən öncə Nəcəfi tərk etdi. Bu illərdə yorulmaz tədqiqatçı Nəcəfdən ayrılaraq ilahi vəzifəsini yerinə yetirmək məqsədilə Behbəhana qayıtdı.

O dönəmlərdə Behbəhan əxbarilik məsləkinin inkişaf edən mərkəzlərindən sayılırdı. Xətt adlanan geniş küçə şəhərin iki məşhur məhəlləsini Behbəhanla Qənavatı bir-birindən ayırırdı. İlk əvvəldən bu iki məhəllə arasında ixtilaf vardı. İlk öncə Məhəmmədbaqir Behbəhani Qənəvat məhəlləsinə gedib camaat namazı qıldı, təbliğ-tədrislə məşğul oldu. Behbəhan sakinləri alimin namazında iştirak, elmindən faydalanmaqdan ötrü Qənəvata getsələr də qəlbən bu işdən narazı idilər. Onların fikrincə, hidayət günəşi Behbəhanda parlamalı və oradan nur və hərarət ətrafa şəfəq saçmalıydı. Behbəhan tacirlərindən biri bu məqsədlə Məhəmmədbaqir Behbəhanini və Qənəvatın bir neçə digər alim və inanclı şəxslərini evinə dəvət etdi. Alimin Behbəhanda qalmasını istəyən ev sahibi ondan xahiş etdi ki, bir neçə gün təbərrük məqsədilə bu məhəllədə imam camaat olub tədrislə məşğul olsun. Məqsədi yalınız müsılmanların dini savadını yüksəltmək, insanlar arasında dostluq və səmimiyyət yaratmaq olan Behbəhani tacirin dəvətini qəbul etdi. Behbəhanlılar tədriclə o böyük alimin bu məhəllədə qalması üçün münasib şərait yaratdılar və beləliklə Behbəhanın "Əmir İbrahim" məscidi alimin elm mərkəzinə çevrildi. Ayətullah Məhəmmədbaqir Vəhid Behbəhani böyük bir bölgəni öz hidayət nuru ilə işıqlandırmağa başladı. Əxbari alimlərlə elmi mübahisələr apardı, mütərəqqi dini mədrəsə təsis edərək xeyli sayda savadlı tələbə yetişdirdi. Fiqh günəşinin gücə-gündüz təlaşları nəticəsində qənəvatlılarla behbəhanlılar arasında buzlar əriməyə başladı. Bölgədə əxbarilik əqidəsi isə doğru inancla əvəz edildi. Ömrünün ən dəyərli otuz ilini burada yaşayaraq özlərini fəqihlərdən ehtiyacsız hesab edən qruplarla mübarizə apardı. Beləliklə öz ilahi vəzifəsini qələbəylə başa çatdırdı. Bu zaman Nəcəf və Kərbəlada əxbarilərin yayılması xəbərini eşitdikdə yenidən İraqa qayıdaraq aydın dəlillərlə əxbarilərin şübhələrinə cavab verdi. Məhəmmədbaqir Vəhid Behbəhani ilk olaraq Nəcəfə mühacirət etdi. Bir neçə gün şəhərin tanınmış alimlərinin dərsində iştirak etdi. Onların tədqiqatını özü üçün faydalı hesab etməyən alim əxbarilərin gediş-gəliş yeri olan Kərbəlaya getdi. O dönəmlərdə şəhidlər ağası İmam Hüseynin (ə) müqəddəs şəhəri Kərbəlada durum ağır idi. Əxbarilik müəllim və şagirdlər arasında o qədər inkişa etmişdi ki, "Üsul" elmini oxumağı haram hesab edir, əlləri murdar olmasın deyə müctəhidlərin kitablarını parçayla tuturdular. Məhəmmədbaqir Vəhid Behbəhani əxbarilərin gözündən uzaq, zirzəmidə dərs verməyə başlayaraq tələbələr yetişdirdi. Özünü heç kəsədən üstün tutmayan alim əxbarilərin baxışlarını daha dəqiq mənimsəmək məqsədilə Şeyx Yusif Bəhraninin dərsində iştirak etdi. Lakin tezliklə anladı ki, o da digər əxbari alimlər kimi tutarlı və məntiqli fikirlər irəli sürmür. Buna əsasən, qərara gəldi ki, ağıla qarşı çıxanların diyarını tərk edib başqa bir yerdə müstəqil olaraq tədris və tədqiqlə məşğul olsun. Lakin bir sadiq yuxu onu bu fikrindən daşındırdı. Şəhidlər ağası İmam hüseyn (ə) yuxuda ana "Razı deyiləm şəhərimi tərk edəsən", -buyurdu. Bu yuxudan sonra Şiə aləminin müctəhidlərinin ustadı hicrət etmək fikrindən daşındı və həmişəlik olaraq o şəhərdə qaldı. O, yaşadığı məhəllədə bəzi dindarlarının təklifi ilə bir məscidin idarəçiliyini öhdəsinə alaraq camaat namazı bərpa edib, xalqa əsil İslam təlimlərini öyrətməyə başladı. Şübhəsiz onun kimi görkəmli bir alim mövcud təhriflərə göz yumub sakit dayana bilməzdi. Lakin haradan və necə başlamalıydı? O, ən əlverişli addımı atdı. İşə yuxarıdan başlamaq qərarına gəldi. Bu məqsədlə Şeyx Yusif Bəhranilə dini mübahisələr apardı. Onun bu iradəsi bir sadiq yuxu ilə möhkəmləndi. Məhəmmədbaqir Behbəhani həzrət Şeyx Yusif Bəhraninin mənzilinin qapısına çatanda ona dedi: "Bu gecə şəhidlər ağasını yuxuda gördüm. O Həzrət (ə) mənə "dırnaqlarını tut", -deyə buyurdu. Yuxudan oyananda gördüyüm yuxunu belə təbir etdim ki, əxbarilərlə elmi mübahisələr aparıb inkişaf etmələrinin qarşısını almalıyam. Elə ona görə də sizinlə elmi mübahisə aparmağa gəlmişəm". Şeyx Yusif Bəhrani təqvalı və açıq baxışlı alim idi. Məhəmmədbaqir Behbəhaninin təklifini gülər üzlə qarşıladı. Onlar uzun müddət gecə-gündüz elmi mübahisə apardılar. Əldə olan mövcud mənbələrə əsasən, Kərbəla şəhərinin hər iki alimi üsuli məsləyi ətrafında ortaq məxrəcə gəldilər. Bəhrani əxbariliklə mübarizə aparmaq üçün Bəhbəhaniyə qoşuldu.

Şeyx Bəhraninin hərtərəfli həmkarlığı sayəsində Vəhid Behbəhani əxbariliyin tamamilə süqut etməsinə səbəb oldu. Bəhreynli alim Şeyx Bəhrani Hicri-qəməri təqvimilə 1186-cı ildə vəfat etdi. Alimin vəsiyyətnaməsi Vəhid Behbəhani ilə səmimi dost olmalarına sənəd sayıla bilər. Beləki, o öz meyyit namazını Ayətullah Vəhid Behbəhani tərəfindən qılmasını vəsiyyət etmişdi. Müctəhidlər ustadı Vəhid Behbəhani həmişə sadə paltarlar geyinirdi. Yoxsullarla birgə olmağı sevirdi. Yoxsul təbəqənin istəklərini həyata keçirməkdən ötrü heç bir köməyini əsirgəməzdi. Əksər hallarda alim icarə namazı qılıb, pulunu Mirzayi Qumi kimi yoxsul tələbələrinə verirdi ki, elmi səviyyələrinin inkişafı yolunda xərcləsinlər. Mirzə Məhəmməd Tənkabuninin yazdığına görə, alimin xanımı qış fəslində onun üçün bir cübbə düzəldir. O, cübbəni geyinib şam namazını qılmaq üçün məscidə yollanır. Yolda avara adamlardan biri papaqsız, ayaqyalın ona yaxınlaşaraq "Ağa, papaqsızam, hava çox soyuqdur, mənə yardım edin", — deyir. Behbəhani "Bıçağın varmı", -soruşur. Avara kişi "Bəli, var", -deyir. Ayətullah Bebəhani bıçağı ondan alıb cübbənin bir qolunu kəsib ona verərək "Hələlik bunu başına qoymaqla gecəni keçirt, sabah sənin üçün bir bir şey düşünərik", — deyir. Bir gün evdə rəngli köynək geyinmiş bir qadın diqqətini cəlb edir. "Bu qadın kimdir", -deyə ətrafdakılardan soruşur. "Gəlinizdir, Əbdülhüseyn ağa ona təzə paltar alıb", — cavab verirlər. Alim qəzəblənir, oğluna müraciətlə bu işin bir daha təkrar olmamasını tələb edir. Əbdülhüseyn "De: "Allahın Öz bəndələri üçün yaratdığı zinətləri kim haram buyurmuşdur?" ("Əraf", 32) ayəsini tilavət edir. Ayətullah Behbəhani cavabında "Mən də bu ayəni eşitmişəm, lakin ətrafımızdakı yoxsullar bizim də kasıb olduğumuzu gördükdə təsəlli taprılar", — deyir. Ayətullah Behbəhaninin nəvəsinin dediyinə görə, o dünya malına ümumiyyətlə əhəmiyyət vermirmiş, hətta dinar, dirhəm sikkələrinin fərqini belə bilmirmiş. Var-dövlət sahiblərindən uzaq gəzməyə çalışır, yoxsul adamalarla dostluq edirdi. Alimin şagirdlərindən biri maraqlı bir xatirə danışıb: "Bir gün tacirlərdən biri ziyarətə gələrkən Ağa üçün də parça hədiyyəsi gətirmişdi. O, eşitmişdi ki, Ağa hədiyyə qəbul etmir. Ona görə də çıxış yolu axtarırdı. O, mənim ona kömək etməyimi istəyərkən razılaşmadım. O israr edərək "Əgər siz mənə bu qəba parçasını Ağaya verməkdə kömək etsəniz, sizə də bir qəba verəcəyəm", — dedi. Parçanı tacirdən alıb qızmar havada ustad gilə yollandım. Qapını döydüm. Ağa ərəb köynəyində, gecə papağında qapını açdı. Məni görən kimi "Nə olub?", soruşdu. "Ağa, bir mömin kişi sizin üçün parça hədiyyə gətirib", — dedim. Ağa narahat oldu, qəzəblənərək dedi: "Mən elə güman etdim ki, bu qızmar havada hansısa bir elmi məsələni öyrənməyə və ya həll etməyə gəlmisən!" Qapını bağlayıb getmək istəyərkən "Başqa bir sözüm də var", — dedim. "Sözün nədir?", — dedi. "Bu kişi söz verib ki, əgər siz parçanı qəbul etsəniz, bir qəba da mənə verəcək, bu fürsətin əlimdən çıxmasına razı olmayın", — dedim. Ağa gülərək "Övladım, dərs oxu, vaxtını belə şeylərlə tələf etmə", — dedi. Sonra parçanı məndən alıb buyurdu: "Bu şərtlə qəbul edirəm ki, bir də belə addım atmayasan." Bir gün Sultan Ağa Məhəmməd Xanın əmri əsasında Mirzayi Təbrizinin xətti ilə yazılmış, üz qabığı yaqut, almazla bəzədilmiş bir Quran Ayətullah Behbəhaniyə hədiyyə göndərilir. Hədiyyə gətirənlər qapını döyürlər. Vəhid Behbəhani əldə qələm tutduğu halda qapını açaraq "Mənimlə nə işiniz var?", — soruşur. "Süleyman həzrətləri sizə Quran göndərmişdir", — deyirlər. Alim göz ucu Qurana nəzər salıb soruşur: "Quran üzərində bu zinətlər nədir?" "Qiymətli daşalrdır", — cavab verirlər. "Niyə Allahın kəlamını belə etmisiniz, bu iş Quranın bir güşədə qalıb oxunmamasına səbəb olacaq. Onları Quran üzərindən götürüb satın, pulunu din tələbələri və yoxsullar arasında paylayın", — ağa deyir. "Quranı qəbul edin, Mirzayi Təbrizinin xətti ilə yazılıb, çox dəyərlidir", — saray adamaları dillənirlər. "Quranı gətirən şəxs onu özündə saxlayıb həmişə tilavət etsin", — alim bunu deyərək qapını bağlayıb içəri keçir. Onun şagirdlərindən olan Seyid Zeynəlabidin Lahici dəyərli bi xatirə danışıb: "Biz Kərbəlada təhsillə məşğul idik. Ağa qocaldığına görə zəifləmişdi, tədrisdən uzaqlaşmış, yalınız "Şərhi-Lumə" dərsi verirdi. Biz bir neçə tələbə təbərrük qəsdilə o böyük alimin dərsində iştirak edirdik. Bir gün gec yuxudan oyandım, sübh namazı qəza olmuşdu, dərsin vaxtı da çatmışdı. Öz-özümə dedim ki, əvvəl dərsdə iştirak edib, sonra hamama gedib qüsl edərəm. Dərsə getdim. Ağa hələ gəlməmişdi. Az keçəndən sonra gəldi, gülərüzlə hamını salamladı. Qəfildən üzündə kədər yarandı. "Bu gün dərs yoxdur, gedin!", — dedi. Bütün şagirdlər qalxıb getdilər, mən də getmək istəyəndə "otur", — dedi. Mən oturdum, məclis tamamilə boşalandan sonra dedi: "Oturduğun xalçanın altında bir az pul var, götür get qüsl ver. Bundan sonra natəmiz bədənlə belə məclislərə gəlmə". Mən təəccüb içində pulu götürüb hamama yollandım".

Bir gün bir qrup mömin Ayətullah Vəhid Behbəhaniyə məktub yazaraq onun bu uca məqama nail olmasının sirrini soruşurlar. Alim cavablarında yazır: "Mən heç bir halda özümü alim hesab etməmiş və alimlər sırasında görməmişəm. Amma mümkündür mənim bu mövqeyə çatmağıma alimləri ehtiramla xatırlamağım səbəb olub. Heç vaxt təhsildən ayrılmamışam, onu hər bir işdən üstün tutmuşam". Alim ona yaxın elmi əsərin müəllifidir. Habelə o, Əllamə Bəhrul-ulum, Mirzə Məhəmmədmehdi Şəhrestani, Seyid Əli Təbatəbai, Şeyx Cəfər Kaşifulğita, Mirzayi Qumi, Molla Mehdi Nəraqi, Hacı Məhəmmədibrahim Kəlbasi, Seyid Məhəmmədbaqir Şifti və s. kimi şagirdlər yetişdirmişdir. Müctəhidlər ustadi Ayətullah Məhəmmədbaqir Vəhid Behbəhani hicri-qəməri təqvimilə 1205-ci ildə, 90 yaşında Allaha qovuşur və İmam Hüseynin (ə) hərəmində dəfn edilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]