Məhəmmədhüseyn Əminüzzərb

Hacı Məhəmmədhüseyn Hacı Məhəmmədhəsən oğlu Əminüzzərb (1872, İsfahan) — İran tacirlər şurasının rəisi, "Maarif əncüməni"nin üzvü.

Məhəmmədhüseyn Əminüzzərb
Hacı Məhəmmədhüseyn Hacı Məhəmmədhəsən oğlu Əminüzzərb
Doğum tarixi 1872
Doğum yeri
Fəaliyyəti siyasətçi

Iranda maarifin yayılması və yeni məktəblər açılmasının əsas vasitəsi olan "Maarif əncüməni" 1897-ci il noyabr ayında Mirzə Əli xan Əminüddövlənin yardımı və bir sıra tərəqqipərvər ziyalıların təşəbbüsü ilə Tehranda təşkil edildi. "Maarif əncüməni"nin birinci iclası 1898-ci il yanvar ayında Rüşdiyyə məktəbi binasında Cəfərqulu xan Nəyirülmülk, Mahmud xan Muftahülmülk, Mahmud xan Ehtişamüssəltənə, Əli xan Nazimülülum, Mеhdi xаn Mümtəhənüddövlə, Mirzə Abbas mühəndisbaşı, Mirzə Yəhyа Dövlətаbаdinin iştirakı ilə təşkil edildi. Bir həftədən sonra bu əncümənə "Iran", "Ittila" qəzetlərinin redaktoru Məhəmmədəli xan Mücirüddövlə, sonra Şeyx Mehdi Şəmsülüləma, Məhəmmədhüseyn xan Ədibüddövlə qəbul olundular. Əncümənin beşinci iclasında Məhəmmədbağır xan Etimadüssəltənə, altıncı iclasınla Hacı Məhəmmədhəsən Əminüzzərb və onun oğlu Məhəmmədhüseyn əncümən üzvlüyünə qəbul edildilər.

Əminüzzərb 1905-ci ildə Avropada olmuşdu.

23 noyabr 1906-cı ildə İran Milli bankının əsasnaməsinə görə bu şəxslər puldan istifadə edə bilərdilər: Əminüzzərb, Məhəmmədismayıl ağa Təbrizi, sərraf Hacı Bağır ağa Təbrizi, Ərbab Cəmşid və Tumanyants.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]