Məhəmmədhüseynağa xan Qaradağski — sonuncu Qaradağ xanı Məhəmmədqulu xanın oğlu.
MƏHƏMMƏDHÜSEYNAĞA XAN QARADAĞSKİ | |
---|---|
Məhəmmədhüseynağa xan Məhəmmədqulu xan oğlu Qaradağski | |
Doğum tarixi | |
Doğum yeri | Əhər, Qacarlar dövləti |
Vəfat tarixi | 22 aprel, 1891 |
Vəfat yeri | Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Atası | Məhəmmədqulu xan |
Məhəmmədhüseynağa xan Qaradağski 1827-ci ildə Əhər şəhərində anadan olub. Şuşa şəhərində mədrəsə təhsili alıb. Ərəb, fars, türk və rus dillərini bilirdi. Şuşa şəhər qəza idarəsində çalışıb. Sonralar Tiflis şəhərinə dəyişilib. Tiflisdə kollec qeydiyyatçısı, kollec katibi və kollec asessoru mülki çinləri alıb. Tiflis şəhərində yaşayarkən dövrünün qabaqcıl ziyalıları ilə dostluq edib. Dostlarından biri də Mirzə Fətəli Axundov olub. Zəngəzur qəzasındakı Sarılı kəndinin, Yelizavetpol (Gəncə) quberniyasının Düyərli kəndində 1000 desyatin torpaq sahəsinin sahibi olub. Bacıxanım xanım Məşədi Molla İman ağa qızının həyat yoldaşıdır. Balaxanım xanım adında bir qızı olub. Həsənəliağa xan Qaradağskinin əmisi və qaynatasıdır.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |