Məhəmmədhəsən Qafarov

Məmmədhəsən Şixəli oğlu Qafarov (10 dekabr 1932, Kəsəmən, Basarkeçər rayonu3 iyun 1998, Bakı) — biologiya elmləri doktoru, professor.

Məhəmmədhəsən Qafarov
Doğum tarixi 10 dekabr 1932(1932-12-10)
Doğum yeri
Vəfat tarixi 3 iyun 1998(1998-06-03) (65 yaşında)
Vəfat yeri
Elm sahəsi biologiya
Elmi dərəcəsi
Elmi adı

Məmmədhəsən Qafarov 10 dekabr 1932-ci ildə Qərbi Azərbaycanda Göyçə mahalının Kəsəmən kəndində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) baytarlıq fakültəsinə daxil olmuş və 1956-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1960-cı ildə Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun fiziologiya şöbəsinin aspiranturasına qəbul olunmuş, 1963-cü ildə aspiranturanı bitirmişdir. Prof. Qafarov Lomonosov adına Moskva Dövlət Universitetinin biokimya kafedrasında “Amin turşularının kağız üzərində xromotoqrafiyası” üsulunu, Ümumittifaq Fiziologiya İnstitutunda “Yüksəkmolekullu yağ turşularının qaz-maye xromotoqrafiyası” üsulunu mənimsəmiş, daha sonra bu üsulları Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun fiziologiya şöbəsində tətbiq etmiş, elm və islahat üçün vacib nəticələr almışdır. Prof. Qafarov 1964-cü ildə İrəvan Dövlət Universitetinin Biologiya fakultəsində “Camış və qırmızı malların mədə önlüklərində karbomidin zülallara çevrilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya elmləri namizədi adına layiq görülmüşdür. Namizədlik dissertasiyasında əldə etdiyi nəticələri istehsalatda tətbiq etmişdir. O, Abşeron, Qusar və Şəki rayonlarındakı təsərrüfatlarda mal-qaranın yemləndirilməsində tətbiq etdiyi yem əlavələrinin hesabına ət və süd məhsuldarlığının artırılmasına nail olmuş və yüksək iqtisadi səmərə əldə etmişdir.

1977-ci ildə Moskva şəhərində Skryabin adına Baytarlıq Akademiyasında “İribuynuzlu qaramal və camışların həzm traktında mədə önlüklərində lipidlərin metobolizmi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və biologiya elmləri doktoru adını almışdır.

Onun elmi nəticələrini laboratoriyada tətbiq etmək üçün Prof. Qafarov Moskvadakı K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına, Ümumittifaq Elmi Tədqiqat Fiziologiya və Heyvandarlıq İnstitutlarına dəvət olunmuşdur. O, dəfələrlə keçmiş SSRİ-nin Alma-Ata, Bişkək, Borovsk, Daşkənd, Moskva, Lvov, Kiyev, Kişinyov, Riqa, Sankt-Peterburq, Sofiya, Vilnüs şəhərində elmi ezamiyyətlərdə olmuş, simpozium, qurultay və konfranslarda iştirak etmişdir. Elmi məqalələri dəfələrlə “Kənd Təsərrüfatı”, “Elm və həyat”, “Kənd həyatı” və “Heyvandarlıq” jurnallarında çap olunmuşdur.

Prof. Qafarov eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Əvvəlcə iki il Azərbaycan Tibb İnstitutunda fiziologiyadan mühazirələr oxumuş, daha sonra isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun Fiziologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Prof. Qafarov 1992-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun professoru seçilmişdir. Bu müddətdə idman fiziologiyası sahəsində “Maddələr mübadiləsi və əzələ işinin təsiri”, “Gənc idmançıların əzələ işinin bərpasında üzüm, nar şirəsinin tətbiqi”, “Daxili sekresiya vəzilərinin fiziologiyası” və s. kimi dərs vəsaitlərinin və metodiki tövsiyələrin müəllifi olmuşdur. Prof. Qafarovun rəhbərliyi altında 1978-1984-cü illərdə Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin 5 diplom işi işlənmiş və müdafiə olunmuşdur.

Prof. Qafarov Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun Elmi Şurasının və A.İ.Qarayev adına Azərbaycan Fizioloqlar Cəmiyyətinin üzvü olmuşdur. 1983-cü ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak etmişdir.

Prof. Qafarov 150-dən artıq elmi məqalənin, monoqrafiyanın, bir neçə kitab və bir ixtiranın müəllifi olmuşdur. O, “Qələbə Əmək Veteranı” medallarına, Beynəlxalq “Bilik” Cəmiyyətinin fəxri diplom və mükafatlarına layiq görülmüşdür. Prof. Qafarov uzun sürən xəstəlikdən sonra 3 iyun 1998-ci ildə dünyasını dəyişmişdir.

Prof. Qafarovun iki oğlu, bir qızı və səkkiz nəvəsi var.

Elmi məqalələri

[redaktə | mənbəni redaktə et]
  1. Qafarov, M.Ş. (1962). “Karbamidin (sidik cövhərinin) camışların və qırmızı malların mədə önlüklərində həzm prosesinin tədqiqi”. Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun əsərləri. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi. XV cild, Bakı.
  2. Кафаров, М.Ш. (1962). “Изменения аминокислотного состава содержимого преджелудков у буйволов и красного скота при даче рациона с карбамидом”. Труды Азербайджанского Научно-Исследовательского Ветеринарного Института. Министерство Сельского Хозяйства Азербайджанской ССР. том XVI, Баку.
  3. Алиев, А.А., Меликов, Ф.Ф., Кафаров, М.Ш. (1962). “К вопросу всасывания из рубца”. Труды Азербайджанского Научно-Исследовательского Ветеринарного Института. Министерство Сельского Хозяйства Азербайджанской ССР. том XVII, Баку.
  4. Алиев, А.А., Кафаров, М.Ш. (1963). “Аминокислотный состав содержимого pazных камер преджелудков у буйволов и красного скота”. Второй всесоюзной конференции по физиологическим и биохимическим основам повышения продуктивности сельскохозяйственных животных. Боровск.
  5. Кафаров, М.Ш. (1963). “Особенности поджелудочного пищеварения у буйволов и красного скота при скармливании рационами с добавлением карбамида”. Диссертации на соискание ученой степени кандидата биологических наук.
  6. Алиев, А.А., Кафаров, М.Ш., Сафаров, М.Г. (1965). “Обмен аминокислот в преджелудках у буйволов”. Материалы Совещания по Научным Основам Развития Буйволоводства. Академия Наук СССР. Объединенный Научный Coвет "Физиология Человека и Животных". Академия Наук Азербайджанской ССР Сектор Физиологии. 2-4 июня, Баку.
  7. Ганиев, М.К., Кафаров, М.Ш. (1965). “Изменение количества бактерий отдельных камер преджелудков у буйволов и красного skota при кормлении различными рационами”. Известия Академии Наук Азербайджанской ССР. Серия биологических наук. №2, Баку.
  8. Алиев, А.А., Кафаров, М.Ш. (1966). “Аминокислотный состав белка содержимого преджелудков буйволов при скармливании карбамида”. Четвертой Всесоюзной Конференции по Физиологическим и Биохимическим Основам Повышения Продуктивности Ceльскохозяйственных Животных. 12-16 сентября, Боровск.
  9. Кафаров, М.Ш. (1966). “Качественные изменение аммиака и летучих жирных кислот в содержимом преджелудков у буйволов и красного скота при даче рациона с карбамидом”. Труды Азербайджанского Научно-Исследовательского Ветеринарного Института. Министерство Сельского Хозяйства Азербайджанской ССР. том XX, Баку.
  10. Алиева, Н.А., Ганиев, М.К., Дрейзин, Р.С., Кафаров, М.Ш., Алиев, Р.А. (1967). “Аденовирусная инфекция телят”. Труды Азербайджанского Научно-Исследовательского Ветеринарного Института. Министерство Сельского Хозяйства Азербайджанской ССР. том XXI, Баку.
  11. Кафаров, М.Ш. (1967). “Характеристика содержимого отдельных камер преджелудков буйволов и процесс эвакуаций из преджелудков в сычуг”. Труды Азербайджанского Научно-Исследовательского Ветеринарного Института. Министерство Сельского Хозяйства Азербайджанской ССР. том XXI, Баку.
  12. Məlikov, F.F., Qafarov, M.Ş. (1967). “Camışlarda həzmin fiziologiyasına dair”. Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun əsərləri. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi. XXII cild, Bakı.
  13. Меликов, Ф.Ф., Кафаров, М.Ш. (1968). “Обмен сырого жира в разных звеньях пищеварительного тракта буйволиц u коров при рационах с добавлением карбамида и солей аммония”. Труды Азербайджанского Научно-Исследовательского Ветеринарного Института. Министерство Сельского Хозяйства Азербайджанской ССР. том XXIII, Баку.
  14. Кафаров, М. Ш. (1968а). “Обмін жиру у жуйних тварин”. Матеріали четвертої республіканської наукової конференції. Фізіологія і біохімія сільськогосподарських тварин. Міністерство Сільського Господарства УРСР. Львів.
  15. Кафаров, М. Ш. (1968б). “Содержание сырого жира в разных фракциях содержимого рубца”. Материалы шестой всесоюзной конференции по физиологическим и биохимическим основам повыщения продуктивности сельскохозяйственных животных. Министерство Сельского Хозяйства СССР. 3-6 сентября.
  16. Алиев, А.А., Кафаров, М.Ш., Смирнов, А.И. (1969). “Липиды и высокомолекулярные жирные кислоты отдельных фракций содержимого рубца”. Физиология и морфология животных. Животноводства.
  17. Qafarov, M.Ş., Məlikov, F.F., Həsənov, M.S. (1969). “Azotlu birləşmələrin camış və inəklərin həzm cihazının ayrı-ayrı şöbələrində bakteriyaların miqdarca dəyişilməsinə təsiri”. Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun əsərləri. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi. XXIV cild, Bakı.
  18. Кафаров, М.Ш. (1969). “Кислотный состав липидов отдельных фракций содержимого рубца буйволов и коров”. Второй всесоюзный биохимический съезд. Академия Наук СССР. Октябрь, Ташкент.
  19. Кафаров, М.Ш. (1971а). “Количественные И качествeнные изменения липидных соединений в преджелудках буйволиц и коров”. Материалы XI Всесоюзной конференции по физиологии и патологии пищеварения. Физиология и патология органов пищеварения. Москва.
  20. Кафаров, М.Ш. (1971б). “Взаимосвязь молоко образования и биосинтеза в преджелудках у жвачных животных”. Тезисы докладов симпозиума по проблеме синтеза органических веществ молока. Академия Наук Киргизской ССР.
  21. Кафаров, М.Ш., Меликов, Ф.Ф. (1973). “Показатели обмена липидов в преджелудках коров и буйволиц в зависимости от кaчества и количества жира в рационе”. Физиолого-Биохимические и генетические основы повышение эффективности использования кормов в животноводстве. Министерство Сельского Хозяйства СССР. 4-7 сентября.
  22. Məlikov, F.F., Yusifova, T.E., Qafarov, M.Ş., Muxtarova, S.A. (1973). “Fiziologiya şöbəsində aparılan tədqiqat işlərinin bəzi yekunları”. Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun əsərləri. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi. XXV cild, Bakı.
  23. Кафаров, М.Ш. (1974). “Преджелудков метаболизм липидов и их всасывание у крупного рогатого скота и буйволов”. Третий всесоюзный биохимический съезд. Академия Наук СССР. Октябрь, Рига.
  24. Qafarov, M.Ş. (1975). “Yüksək molekulalı yağ turşularının camışların və inəklərin mədə önlüklərində çevrilmələri”. Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun əsərləri. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi. XXVI cild, Bakı.
  25. Кафаров, М.Ш., Агаева, Д.А., Азимов, А.М., Нерсесова, В.Я. (1988). “Влияние продолжительности просаливания на содержание свободных аминокислот в Бардинском сыре”. Материалы Всесоюзной Научно-Технической Конференции “Современная технология сыроделия и безотходная пееработка молока”. 14-16 ноября, Ереван.
  26. Qafarov, M.Ş., Ağayeva, Ç. Ə., Paşayeva, E.M. (1991). “Toyuqların ət və yumurtalarının biokimyəvi göstəricilərinə seolitin təsiri”. Azərbaycan SSR Dövlət Plan Komitəsinin Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutu. Bakı.