Məhəmmədtağı Qaraqoyunlu (XVII əsr, İraq) — XVII-XVIII əsrlərdə yaşamış azərbaycanlı alim.
Məhəmmədtağı Qaraqoyunlu | |
---|---|
Doğum tarixi | XVII əsr |
Doğum yeri |
XVII əsrin ikinci yarısında İraqda doğulmuş və uşaqlıq illərini də burada keçirmiş istedadlı Azərbaycan alimi XVIII əsrin əvvəllərində Hindistana köçmüş və özünün "Fərhəngi-türki" lüğətini burada yazmışdır. Alim lüğətin tərtibini hicri 1140-cı ildə (1727-ci il) Hindistanın Əhmədnaqar şəhərində tamamladığını qeyd edir.
Məhəmmədtağı Qaraqoyunlu dövrünün ən istedadlı poliqlotu olmuş və türk dilləri ilə yanaşı fars, ərəb, hind dillərini də yaxşı bilmişdir.