Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 26 gün əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Musayev Məhərrəm Aslan oğlu (1932 – 23 fevral 1991, Ağdam) — Azərbaycan alimi, texnika elmləri namizədi; Ağdam kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə texnikumunun direktoru (1978-1991).
Məhərrəm Musayev | |
---|---|
Məhərrəm Aslan oğlu Musayev | |
Doğum tarixi | |
Doğum yeri | Şişqaya, Basarkeçər, Göyçə |
Vəfat tarixi | |
Vəfat yeri | Ağdam |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | texniki elmlər |
Elmi dərəcəsi | Tехnikа еlmləri namizədi |
İş yerləri | Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumu |
Tanınır | pedaqoq-alim |
Məhərrəm Musayev 1932-ci ildə qədim Göyçə mahalının Basarkeçər rаyоnunun Şişqaya kəndində аnаdаn оlub.[1]
S.Ağamalıoğlu adına "Şərəf nişanı" ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib.
Məhərrəm Musayev Ağdam kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə texnikumun dərs hissə müdiri (1953-1961), direktoru (1961-1974), Ağdam rayon texniki birliyin rəisi (1974-1978), Ağdam kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə texnikumun direktoru (1978-1991) vəzifələrində çalışmışdır.
Texnikum hazırda Məhərrəm Musayevin adını daşıyır.
23 fevral 1991-ci ildə Ağdam Şəhərində vəfat etmiş və Ağdam Şəhərində qədim tarixə malik "Qaraağacı" qəbiristanlığında dəfn olunmuşdur.