Məhərrəm Qacar oğlu Mustafayev — tibb elmləri doktoru, professor.
Məhərrəm Qafar oğlu Mustafayev | |
---|---|
Məhərrəm Mustafayev | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan Respublikası, Şəki rayonu |
Vəfat tarixi | |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | Fizioloq |
Elmi dərəcəsi | Tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universiteti, Azərbaycan Dövlət Tibb Universiteti |
Məhərrəm Qacar oğlu Mustafayev Şəki rayonunda anadan olmuşdur.
1926-cı ildə seminariyanı bitirən Məhərrəm Mustafayev ibtidai məktəbdə dərs vermək hüququ qazanır, ilk müəllimlik fəaliyyətinə kənddə başlayır. Lakin həmin ilə (1926) xalq təhsili komissarlığının qərarı ilə təhsilini davam etdirmək üçün ali məktəbə göndərilir. Beləliklə, Məhərrəm Mustafayev Azərbaycan Dövlət Universiyetinin pedaqoji fakültəsinə daxil olur. Pedaqoji texnikumun nəzdindəki nümunəvi məktəbdə də müəllimliyini davam etdirir. Bu nümunəvi məktəbin əsasında 1927-ci ildə Bakı 48 №-li orta məktəb yaranmış və Məhərrəm Mustafayev onun birinci direktoru işləmişdir. 1930-cu ildə aspiranturaya daxil olur, insan və heyvan fiziologiyası kafedrasında çalışır. 1933-cü ildə ADTİ-na daxil olur, 1938-ci ildə bitirir. 1932–1942-ci illərdə oxuya-oxuya tibb texnikumunda biologiya, fiziologiya və anatomiyadan dərs demişdir. 1942-ci ildə dərs hissə müdiri təyin edilmişdir. Məhərrəm Mustafayev 1943–1945-ci illərdə Bakı Feldşer və Diş Həkimi Texnikumuna başçılıq etmişdir.
M. Q. Mustafayev 1952-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi alıb, 1968-ci ildən professor olub.
Azərbaycan Tibb İnstitutuna dəvət olunan Məhərrəm Mustafayev 1948–1954-cü illərdə dekan işləmiş, gələcək həkimlərin yetişməsində böyük əmək sərf etmişdir. 1954-cü ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutut Fiziologiya kafedrasına müdir seçilir və ömrünün sonuna qədər (1986) burada işləyir. Mustafayevin rəhbərliyi altında namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdir.
Qayğıkeş müəllim, tanınmış fizioloq bir çox orden və medallarla təltif edilmişdir.
Məhərrəm Mustafayev 80-dən çox elmi işin, 5 dərsliyin, 40 elmi məqalənin müəllifidir.
Məhərrəm Mustafayev tibb elmlər doktoru, professor, uşaq cərrahı Arif Mustafayevin atasıdır.