Arif Mustafayev

Arif Məhərrəm oğlu Mustafayev (19422005, Bakı) — tanınmış uşaq cərrahı, tibb elmləri doktoru, professor.

Arif Mustafayev
Arif Məhərrəm oğlu Mustafayev
Doğum tarixi 1942
Vəfat tarixi 2005
Vəfat yeri
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili
Elmi rəhbəri İ.S.Qinzburq
Mükafatları "Səhiyyə əlaçısı" və Qızıl medal

Arif Mustafayev 1942 ildə anadan olmuşdur.

Arif Mustafayev 1965 ildə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir.

Arif Mustafayev Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsinin dekanı (1986–1990), Bakı şəhərinin baş uşaq cərrahı (1984–1990) işləmişdir. O, 1986 ildən ömrünün sonuna kimi Azərbaycan Tibb Universitetinin Uşaq cərrahlığı kafedrasının professoru işləmişdir.

Arif Mustafayevin anası Rəhilə xanım Mirzə Cavad bəy Qayıbovun nəvəsidir.

Arif Mustafayev fizioloq alim, professor Məhərrəm Mustafayevin oğludur.

Arif Mustafayev 2005 ildə Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Arif Mustafayevin respublikamızda uşaq cərrahlığının tədqiqində və inkişafında xidmətləri vardır. O, 2 dərs vəsaitinin, 6 monoqrafiyanın, 10 metodik tövsiyənin, 120 çox elmi məqalənin müəllifi olmuşdur. Publisistik kitabların da müəllifidir.

Arif Mustafayev "Cərrahi müdaxilələr zamanı böyrəküstü vəzin funksional vəziyyəti" mövzusunda namizədlik dissertasiyası (1969), "Yanıq şokunun patogenetik əsaslandırılmış müalicəsi" mövzusunda doktorluq dissertasiyası (1985, Moskva) müdafiə etmişdir.

Arif Mustafayev "Səhiyyə əlaçısı" və qızıl medalla təltif olunmuşdur.

  • Ənvər Çingizoğlu. Məhəmmədxan ağanın törəmələri. "Soy" dərgisi, 1 (4), 2005.
  • Orxan Zakiroğlu (Baharlı). Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab. Bakı, 2016
  • Orxan Zakiroğlu (Baharlı). Məhəmmədxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015