Məhərrəm Talıbov

Məhərrəm Yusif oğlu Talıbov (15 mart 1971, İliç rayonu) — Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri.

Məhərrəm Talıbov
bayraq
Naxçıvan Muxtar Respublikası prokurorunun müavini
bayraq2
9 yanvar 2008 – 29 dekabr 2022
ƏvvəlkiSənan Paşayev
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1971(1971-03-15) (53 yaş)
Doğum yeri
Rütbəsi
III dərəcəli dövlət ədliyyə müşaviri

Məhərrəm Yusif oğlu Talıbov 1971-ci il mart ayının 15-də Şərur rayonunda anadan olmuş, 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının hüquqşünaslıq ixtisasını bitirmişdir.

1995-ci ildən 1999-cu ilədək Baş Mühafizə İdarəsinin Prezidentin Təhlükəsizliyi Xidmətinin mühaizəsiçi, 1999-cu ildən 2004-cü ilədək Naxçıvan Muxtar Respublikası Daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləmişdir.

2004-cü ilin dekabr ayından Naxçıvan Muxtar Respublikasının Prokurorluq orqanlarına qəbul edilməklə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru və böyük prokuroru vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Baş prokurorunun 9 yanvar 2008-ci il tarixli əmri ilə Naxçıvan Muxtar Respublikası prokurorunun müavini General mayor vəzifəsinə təyin olunmuşdur.

III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

2022-ci lin dekabrında Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsindən azad olunub.[1]

Ailəlidir, üç övladı var.

Vasif Talıbovun qardaşıdır.

  1. "Vasif Talıbovun prokuror qardaşı işdən çıxdı". 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.