Məhərrəm Zamanov (d.8 avqust 1959, Şərur r., Maxta k. - ö.18 yanvar 2013, Bakı ş.) — yazıçı, Azərbaycan Yazıçıları Birliyinin və "AQRA" Elmin İnkişafına Dəstək İctimai Birliyinin üzvü.[1]
Məhərrəm Zamanov | |
---|---|
azərb. Məhərrəm Qəhrəman oğlu Zamanov | |
Təxəllüsü | Məhərrəm Zaman |
Doğum tarixi | |
Doğum yeri | Şərur rayonu, Maxta k. Azərbaycan SSR |
Vəfat tarixi | (53 yaşında) |
Vəfat yeri | Bakı |
Vəfat səbəbi | ürəktutması |
Dəfn yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Qəhrəman Zamanov |
Əsərlərinin dili | Azərbaycan dili |
Məhərrəm Zamanov 8 avqust 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Maxta kəndində anadan olub. Zamanov 1967-1977-ci illərdə Naxçıvan Muxtar Respublikasında orta təhsil alıb.
Ali təhsillə əlaqədar Ukraynaya köçmüş, Xarkov İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1990-cı ildə ailəsi ilə birlikdə vətənə qayıtmış, 1992-ci ildə vətənin müdafiəsi məqsədi ilə könüllü olaraq cəbhə bölgəsinə yollanmışdır. 1993-cü ildə döyüş bölgəsində ağır yaralanmış, ordudan tərxis edilmişdir.
1994-cü ildə Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Xətai rayon şöbəsinin sədri vəzifəsinə təyin edilmişdir. [1] 1999-cu ildə birliyin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir. 2000-ci ildə ”Vətəndaş naminə” qəzetini təsis etmiş və qəzetin baş redaktoru vəzifəsində çalışmışdır. 2004-cü ildə “İdeal demokatratiya” qəzetində baş redaktor qismində çalışmışdır.
Məhərrəm Zamanov Azərbaycan Yazıçıları Birliyinin və "AQRA" Elmin İnkişafına Dəstək İctimai Birliyinin üzvü olmuşdur. 2004-cü ildən başlayaraq yaradıcıq fəaliyyətini inkişaf etdirmişdir.
2005-ci ildə “Süzgün baxışlar” adlı ilk şeir kitabı işıq üzü görmüşdür. 2007-ci ildə ilk “Axirətdən dönmüş məhəbbət” adlı romanını nəşr etdirmişdir. Bunlardan başqa bir sıra kitabların, eyni zamanda, hekayə və məqalələrin müəllifi olmuşdur. Yazıçı əsərlərində vətənpərvərlik hislərini, mənəvi dəyərləri ön plana çəkmiş, əsərlərinin bir çoxunda ermənilərin xislətini əks etdirmişdir.[1]
Yazar sonuncu “Maxtalı” tarixi romanında XIX əsrdə Naxçıvan və Qafqazda məşhurlaşan, ancaq şəxsiyyəti və fəaliyyəti indiyə qədər müxtəlif səbəblərə görə tarixçilər və tədqiqatçılar tərəfindən öyrənilməmış maarifçi-demokrat Hümbət Maxtalının (1801-1859) bədii tarixi obrazını canlandırıb. Romanda XIX əsrdə baş vermiş Rus-İran müharibəsi və sonrakı dövrlər öz əksini tapıb.[1]
Məhərrəm Zamanov ürək tutmasından 2013-cü ilin yanvar ayının 18-də Bakı şəhərində vəfat edib.[1]