Bu adın digər istifadə formaları üçün bax:
Kişi sözü.
Kişi sözü — rejissor Cahangir Mehdiyevin filmi.[1]
Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur.
Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir...
- Film aktyor Əjdər Həmidovun kinoda ilk işidir.
- Film aktrisa Sənubər İsgəndərlinin kinoda ilk işidir.[2]
- Filmin çəkilişləri bir neçə yerdə aparılsa da, pavilyon çəkilişləri olmayıb.
- Filmə 15 ay vaxt ayrılmasına baxmayaraq film 10 aya hazır oldu.
- Filmin təsdiq etmə mərasimindən sonra rejissor Cahangir Mehdiyev məsləhətləşmək üçün Moskvaya, müəllimi Georgi Daneliyanın yanına üz tutur. Belə ki, Cahangir Mehdiyev "Mosfilm"də Musiqili Komediya Birliyinin bədii rəhbəri, kinorejissor Georgi Daneliyanın tələbəsi olub. Daneliya ssenari ilə tanış olur və ondan məmnun qalır. Lakin, söhbət idmançı Niyaz obrazının üzərinə gəldikdə, bu rola kimin çəkiləcəyi ilə maraqlanır və məsləhət görür ki, bu rola Cahangir Mehdiyev özü çəkilsin. Bu rol üçün Rəfael Dadaşov nəzərdə tutulsa da, onunla sınaq çəkilişləri aparılmamışdı.[3]
- Ssenari müəllifi: İsi Məlikzadə[4]
- Quruluşçu rejissor: Cahangir Mehdiyev[5]
- Quruluşçu operator: Eduard Qalakçiyev, Fikrət Əsgərov
- Quruluşçu rəssam: Fikrət Əhədov
- Bəstəkar: Vasif Adıgözəlov
- Mahnıların mətni: Ramiz Rövşən
- Səs operatoru: Kamal Seyidov
- Rejissor: Adil İsmayılov
- Operator: Sərvər Rəşidoğlu
- Montaj edənlər: Nataliya Albitskaya, Lyudmila Lotina
- Quraşdırılmış səhnələrin operatoru: Rafiq Kərimov
- Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
- İnzibatçılar: Həsən Tağıyev, İ. Həsənov
- Redaktor: Svetlana İsmayılova
- Çalır: Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin Dövlət Estrada Simfonik Orkestri
- Dirijor: Rafiq Babayev
- Filmin direktoru: Tələt Rəhmanov
- Mahnı ifa edən: Vasif Adıgözəlov (Nəbinin mahnısı)
- İstifadə edilən mahnılar: "The Great Gig In The Sky", "On the Run" (Pink Floyd qrupu) (titrlərdə yoxdur)
- Əjdər Həmidov — Qasım
- Muxtar Avşarov — Ələmdar
- Cəvahir Bayramova — Nübar
- Tələt Rəhmanov — Bayandur
- Əfrasiyab Məmmədov — Nəbi
- Cahangir Mehdiyev — Niyaz
- Sənubər İsgəndərli (Sənubər İsgəndərova kimi) — Solmaz
- Leyla Bədirbəyli — Xavər
- İradə Həsənova — Ağca
- Lətifə Əliyeva — Qəndab
- Kəmalə Hüseynova (Kəmalə Abdullayeva kimi) — Tovuz
- Aydın Həmidov — poçtalyon
- Elnur Mehdiyev — velosipedli oğlan
- Balabəy Balabəyov — arıq sürücü
- Nazim Ağayev — Atayev
- Nizami İsmayılov — rejissor
- Dilarə Hüseynova
- Ə. Əhmədov
- S. Nəbiyeva
- Naibə Şirinova
- Nuriyyə Əhmədova
- N. Kazımov
- Telli Hüseynova (T.Hüseynova kimi)
- Rəhman Rəhmanov — operator
- Eldəniz Rəsulov — rejissor (Nizami İsmayılov) (titrlərdə yoxdur)
- Mirvari Novruzova — Nübar (Cəvahir Bayramova) (titrlərdə yoxdur)
- Məhbubə Məlikova — Ağca (İradə Həsənova) (titrlərdə yoxdur)
- ↑ “Qasım gəlir, Qasım gəlir...”: Rejissor Cahangir Mehdiyev “Kişi sözü”ndən danışır //Azadlıq.- 2014.- 24 noyabr.- S.14.
- ↑ İctimai TV. "Sənubər İsgəndərli: "Mənim rəqibim özüməm"" (az.). Youtube.com. 27.04.2024. 2024-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-27.
- ↑ "Kişi Sözü: Filmin davamı çəkiləcək", Ekspress qəzeti, 24.07.2003, Ulduzə Qaraqızı
- ↑ “Kişi sözü” filminə müasir baxış: “İstəyirəm “Kişi sözü” filminin ardını çəkim, amma maliyyə tapa bilmirəm”: [filmin ssenari müəllifi İsi Məlikzadə, quruluşçu rejissoru Cahangir Mehdiyevdir] //Ədalət.- 2012.- 21 dekabr.- S.8.
- ↑ Ramilə. “Kişi sözü”nün müəllifinin 60 yaşı oldu: [Tanınmış rejissor, Əməkdar incəsənət xadimi Cahangir Mehdiyev] //Mövqe.- 2011.- 20 yanvar.- S. 13.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288.