Məhsuldarlıq proqram təminatı (ing. productivity software; habelə şəxsi məhsuldarlıq proqram təminatı (ing. personal productivity software) və ofis məhsuldarlığı proqram təminatı (ing. office productivity software) kimi də adlandırılır[1]) — sənədlər, prezentasiyalar, cədvəllər, databazalar və s. informasiya istehsalı üçün istifadə olunan tətbiqi proqram təminatı.[2] Adını xüsusilə ofis işçilərinin iş məhsuldarlığını artırmasından alır.