Məlahət Elman qızı Abbasova (8 iyul 1966, Bakı) — Azərbaycanlı aktrisa, İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini (2016-cı ildən). Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2014)
MƏLAHƏT ABBASOVA | |
---|---|
Abbasova Məlahət Elman qızı | |
Doğum tarixi | 8 iyul 1966 (58 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa |
Mükafatları | |
IMDb | ID1869913 |
Məlahət Abbasova hazırda Türkiyədə yaşayır. 2016-cı ildə İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini seçilib.[1]
18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar İncəsənət Xadimi" fəxri adı ilə təltif edilib[2]
M. Abbasova 2019-cu ildən etibarən Türkiyədə "Kanal 7"də yayımlanan "Yemin" serialında Münəvvər xarakterini canlandırdı.