Mahmud və Məryəm — Azərbaycan və Türkiyə kinematoqrafçılarının Elçinin eyniadlı romanı əsasında[1] 2013-cü ildə müştərək çəkdikləri film.[2]
Mahmud və Məryəm | |
---|---|
türk. Mahmut ile Meryem | |
Janr | tarixi film, dram filmi |
Rejissor | Mehmet Ada Öztekin |
Prodüserlər | Müşfiq Hətəmov, Sevda Kaygısız |
Əsərin müəllifi | Elçin Əfəndiyev |
Baş rollarda |
Araz Bulud İynəmli Yeva Dedova |
İstehsalçılar |
“Salnamə” 24 Kare |
İlk baxış tarixi |
22 mart 2013 Türkiyə 26 sentyabr 2013 Azərbaycan |
Filmin digər adı | Mahmud ilə Məryəm |
Müddət | 120 dəqiqə |
Büdcə | ₺15 milyon |
Ölkələr |
Azərbaycan Türkiyə |
Dil | Azərbaycanca |
İl | 2013 |
IMDb | ID2736928 |
Film müsəlman Mahmud ilə xristian Məryəmin mümkünsüz görünən məhəbbəti haqqındadır. Filmdəki hadisələr 1500-cü illərdə baş verir. Mahmud Gəncə xanı Ziyad xanın oğlu, Məryəm isə xristian keşişinin qızıdır. Gənclərin məhəbbəti Ziyad xan və keşiş tərəfindən yaxşı qarşılanmır. Keşiş Məryəmi götürüb uzaqlara qaçır. Ziyad xanın etirazlarına baxmayaraq, Mahmud Məryəmin dalınca gedir. Yolda Mahmud Çaldıran döyüşünün baş verdiyi düzənliyə çatır və gördüklərindən çox təsirlənir. Süleyman Paşanın köməyi ilə Məryəmi tapsa da, filmin sonunda hər iki aşiq əfsanəvi şəkildə dünyalarını dəyişir.
Filmi Azərbaycanın “Salnamə” və Türkiyənin 24 Kare şirkətləri müştərək çəkiblər.
Filmdə baş rolları Aras Bulut İynemli və rus əsilli Yeva Dedova paylaşıb. Filmin çəkilişləri təxminən on həftə davam edib. İlk on bir günlük çəkilişlər Azərbaycanın Şəki, Qax, Bakı şəhərlərində aparılıb. Film 22 mart 2013-cü ildə Türkiyədə[3], 26 sentyabr 2013-cü ildə isə Azərbaycanda nümayişə girib.[4] Türkiyədə keçirilən qala gecəsində əsərin müəllifi Elçin də iştirak edib. Film həmçinin 2015-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən 4-cü Türk Filmləri Həftəsində də nümayiş olunub.
“Mahmud və Məryəm” filminin rejissoru Mehmet Ada Öztekindir.[5] “Mahmud və Məryəm” filminin prodüseri Sevda Qayğısızdır.[6]
Azərbaycan filmlərinin siyahısı
Türkiyə filmlərinin siyahısı