Məlahət Bağırova (tam adı: Məlahət İbrahim qızı Bağırova; d. 13 yanvar 1952. Naxçıvan şəhəri, Naxçıvan MSSR) — tibb elmləri namizədi. “Yıldız” Texniki Universitetinin biomühəndis bölməsinin baş müəllimi.
Məlahət Bağırova | |
---|---|
Məlahət İbrahim qızı Bağırova | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan şəhəri, Naxçıvan MSSR |
Vətəndaşlığı | SSRİ, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | N.Nərimanov Azərbaycan Dövlət Tibb İnstitutu |
Elmi dərəcəsi |
Məlahət Bağırova 13 yanvar 1952-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) qəbul olunub. Ali məktəbi bitirdikdən sonra 1975-ci ildə daxili xəstəliklər üzrə internatura keçərək Naxçıvan şəhər poliklinikasında terapevt işləyib. 1980-1982-ci illərdə M.Bağırova SSRİ Tibb Elmləri Akademiyası nəzdindəki Tibbi Parazitologiya və Tropik Tibb İnstitutunda (Moskva) klinik ordinaturada təhsil alıb və oranı bitirdikdən sonra həmin institutda çalışmağa başlayıb.[1]
Hal-hazırda Türkiyə Cümhuriyyəti, İstanbul şəhərində yaşayır.
2006-cı il Yıldız Teknik Universiteti, Biomühəndislik bölümü, baş müəllim olaraq fəaliyyət göstərmişdir. 80-dən çox monoqrafiyanın müəllifidir. Universitet Stony Brook, Chikago Medical Schoolla (ABŞ) müştərək tədqiqatlar.
2013-cü il Beynəlxalq indeksli jurnallarda dərc olunan məqalə sayına görə Yıldız Teknik Universiteti rektorluğu tərəfindən mükafatlandırılıb.