Məlahət Qurbanova

Məlahət Müsrət qızı Qurbanova — kimya elmləri doktoru (2009), BDU-nun “Üzvi kimya” kafedrasının professoru (2010). İxtisaslaşdırılmış Dissertasiya Şurasının, həmçinin BDU-da Böyük Elmi Şuranın üzvü. 2010-cu ildən BDU-da Tədris Elektron Mərkəzinin direktoru.

Məlahət Qurbanova
Məlahət Müsrət qızı Qurbanova
Doğum tarixi (51 yaş)
Doğum yeri SSRİ SSRİ
Azərbaycan Azərbaycan SSR, Bakı
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Elm sahəsi Üzvi kimya
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
İş yeri BDU-da Tədris Elektron Mərkəzinin rəhbəri
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları "Qızıl Qələm" media mükafatı

Məlahət Müsrət qızı Qurbanova 1972-ci il noyabrın 27-də Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə Bakı şəhəri 106 saylı orta məktəbi medalla bitirdikdən sonra Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və 1994-cü ildə oranı əla və yaxşı qiymətlərlə başa vurmuşdur.

1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda əyani aspiranturaya daxil olmuşdur. 1998-ci ildə 02.00.03-“Üzvi kimya” ixtisası üzrə “Tiiranların bəzi elektrofil birləşmə reaksiyaları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə 1997-ci ildə BDU-nun kimya fakültəsində “Metalkompleks katalizatorlar” ETL-də başlamış, sonra isə “Zərif üzvi sintez” ETL-də elmi işçi kimi çalışmışdır. 2003-cü ildən etibarən “Zərif üzvi sintez” ETL-də böyük elmi işçi kimi fəaliyyət göstərir. M.M.Qurbanova 2007-2010-cu illərdə BDU-nun “Üzvi kimya” kafedrasında dosent vəzifəsində çalışmışdır. 2010-cu ildən BDU-nun “Üzvi kimya” kafedrasının professorudur.

2000-2003-cü illərdə BDU-da “Üzvi kimya” ixtisası üzrə əyani doktoranturada təhsilini davam etdirmişdir. M.M.Qurbanova 2009-cu ildə “Funksionaləvəzli karbamid və tiokarbamidlərin sintezi və heterotsiklləşməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsi almışdır.

M.M.Qurbanovanın tədqiqat obyekti tərkibində azot, kükürdoksigen saxlayan heterotsiklik birləşmələrin kimyasıdır. Aparılan elmi tədqiqatlar nəticəsində funksionaləvəzli karbamid və tiokarbamidlərin, eləcə də onlar əsasında beş- və altıüzvlü heterotsiklik birləşmələrin sintezi, quruluşu və xassələri ilə bağlı yeni elmi istiqamətlər müəyyənləşdirilib və inkişaf etdirilmişdir. Sintez olunan 20-dən çox kristalın quruluşu RSA metodu ilə təsdiq edilmiş və Kembric quruluş bankında depozit olunmuşdur. Hazırda M.M.Qurbanova tərəfindən BDU-da asimmetrik sintez əsasında optiki aktiv birləşmələrin alınması sahəsində geniş tədqiqat işləri həyata keçirilir.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

M.M.Qurbanova 120 elmi əsərin, o cümlədən 7 müəlliflik şəhadətnaməsi və 1 dərsliyin (“Dərman maddələrinin sintezi” Bakı-2007,143s.) müəllifidir.

Onun rəhbərliyi ilə 2 namizədlik və 7 magistr dissertasiyası müdafiə olunmuşdur. Hazırda 2 namizədlik dissertasiyasına rəhbərlik edir.

M.M.Qurbanova Bakı Dövlət Universitetinin ictimai həyatında fəal iştirak edir. O, BDU-nun 90 illik yubileyi münasibətilə səmərəli elmi-pedaqoji fəaliyyətinə görə fəxri fərmanla təltif olunmuşdur. 2012-ci ildə kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə «Qızıl Qələm» media mükafatı ilə təltif olunmuşdur.