Məleykə Cahan Bəyim

Məleykə Cahan Bəyim (1875, Tehran1947, San-Remo, Liquriya) 1875- ci ildə Tehranda anadan olmuşdur.

Məleykə Cahan Bəyim
Doğum tarixi 1875
Doğum yeri
Vəfat tarixi 1947
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşı
Uşaqları
Atası Kamran mirzə Qovanlı-Qacar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Əli Şahın həyat yoldaşı, Şahbanusu (şahın həyat yoldaşı), Qacar sülaləsinin üzvü, Əhməd Şah Qacarın anasıdır. Atası Kamran Mirzə Qacar Naib əs-Səltənədir ( Nəsirəddin Şah Qacarın oğlu). Şahilə evləndikdən sonra "Kraliça Cahan" adlandırıldı. Hər halda, bunun da mənası "Məleykə-ye Cahan"la eynidir və dünyanın kraliçası deməkdir.[1]

Məleykə Cahan uşaqları ilə

Sürgün illəri

[redaktə | mənbəni redaktə et]

İranda Rza şah başda olmaqla Pəhləvi sülaləsi Qacar sülaləsini devirdikdən sonra, digər sülalə üzvləri ilə birlikdə Avropaya köçərək San-Remoda yaşamışdır. Məhəmməd Əli şahın ölümündən sonra (1925) ailənin birlikdə saxlanmasında böyük rolu olmuşdur.[2]

Bu illərdə "Borhan-ol-İman"ı (İmanın səbəbinin mənası) yazmışdır. Bu əsərə öz dualarını və bəzi dualar barədə qeydlərini yazmışdır.[3]

  1. "Qajar (Kadjar) Titles and Appellations". 2020-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  2. "Malekeh-Jahan". 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  3. "Arxivlənmiş surət". 2017-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.