Məleykə Səma

Məleykə Səma (Məleykə Əhmədova) — Qarabağ müharibəsinin ilk günlərindən həkim-cərrah olaraq ermənilərlə döyüşlərdə yaralanmış yüzlərlə Azərbaycan əsgərini ölümdən qurtaran birinci dərəcəli tibb xidməti kapitanı, "Azərbaycan bayrağı" ordenli.

Məleykə Səma
Məleykə Əhməd qızı Əhmədova
Hərbçi şairə Məleykə Səma
Hərbçi şairə Məleykə Səma
Doğum tarixi
Doğum yeri Tumanyan, Ermənistan
Vəfat tarixi
Vəfat yeri Bakı
Fəaliyyəti həkim

Məleykə Səma Ermənistanın Loru mahalının Allahverdi (Tumanyan) rayonunda anadan olmuşdur.

Məleykənin üç qardaşı şəhid olub, atası Əhməd kişi isə üçüncü şəhid oğlu - Kamandarın ölümünə dözməyərək həyatla vidalaşıb.

1988-ci ildə Ermənistandan qovularkən qardaşı Yaqub Əhmədov ermənilər tərəfindən qətlə yetirilmişdir. Daha sonra kiçik qardaşı 16 yaşlı Səyyad Əhmədov da ermənilər tərəfindən suda boğularaq öldürülmüşdür.[1]

Məleykə Səma, qucağında can verən, Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən azərbaycanlı uşağı

Böyük qardaşı Kamandar Əhmədov Qarabağ uğrunda müharibədə şəhid olmuşdur. Kamandar Əhmədov Bakıda Şəhidlər xiyabanında torpağa tapşırılıb. Bakı küçələrindən biri Kamandar Əhmədovun adını daşıyır. 2006-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məleykə prezident İlham Əliyevin sərəncamına əsasən, İkinci Fəxri xiyabanda dəfn edilibdir.

Məleykənin arzusu

[redaktə | mənbəni redaktə et]

Məleykənin anası Sona xanımın dediklərindən: Məleykənin ömrünün son günləri idi, yatdığı yerdəcə başına bayrağımızı sarımışdı. Deyirdi: məhz bu bayrağı Qarabağda dalğalandırmaq üçün ömrünü xərcləyib, amma arzusuna yetişmədən axirətə köçür: "Dedi ki, ana, mən öləndən sonra bu bayrağı özündə saxla, Qarabağ alınanda bayrağı başın üzərində dalğalandıraraq küçəni aşağı-yuxarı gedərsən. Dedim, qızım, onda Məleykənin anasının dəli olduğunu düşünəcəklər. Cavab verdi ki, onda onlara sevindiyindən belə etdiyini deyərsən".

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]