Məlik Dinar (v. 1195) — Kirman əmiri. Oğuz türklərindən idi.
Məlik Dinar | |
---|---|
ملک دینار | |
Sərəxs hakimi | |
1179 – 1153 | |
Sonrakı | Toğanşah (Nişapur əmiri) |
Kirman hakimi | |
1186 – 1195 | |
Əvvəlki | II Məhəmmədşah |
Sonrakı | Fərruxşah |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Həyat yoldaşı | Toğrul şahın qızı |
Uşağı | Fərruxşah |
1153-cü ildə Sərəxs hakimi olaraq siyasi və hərbi həyatına başlamışdı. 1179-cu ilədək hakimiyyəti əlində saxlayan Məlik Dinar həmin il Qarakitayların vassalı və Xarəzmşahlığa iddiaçı olan Sultanşahın ordusu tərəfindən mühasirəyə alındı.[1] Məlik Dinar ölümdən qurtulmaq üçün şəhəri Nişapur əmiri Əbu Bəkr Toğanşaha təslim etdi. 1180-ci ildə Toğanşahın sərkərdəsi Qaraquş şəhəri Sultanşaha təslim etməli oldu.
1185-ci ildə Toğanşahın ölümündən sonra Məlik Dinar da Kirmandakı oğuzlara qoşulmaq üçün yola düşdü. 1186-cı ildə Kirmanı asanlıqla ələ keçirərək Səlcuq sülaləsinə son qoydu və hakimiyyətini tezliklə gücləndirdi. İqtisadiyyatı dirçəltdi, həmçinin Hörmüzü özündən asılı hala saldı.[2]
Kirman Səlcuqlu hökmdarı Toğrul şahın qızı ilə evlənmişdi. 1195-ci ildə vəfat etmişdir.