Məmmədəli Məmmədov (tam adı: Məmmədəli Nazim oğlu Məmmədov, təxəllüs: DJ Fateh[1]; 1 fevral 1983, Bakı) — Azərbaycan radioaparıcısı, teleaparıcısı, redaktoru və kinossenaristi. Media FM radiostansiyasının keçmiş baş prodüseri, MANPASI səhər şousunun və video layihəsinin aparıcı və yaradıcılarından biri, "Breyn Rinq"[2] və "61" televiziya layihələrinin aparıcısı, "Əlaçı" verilişinin redaktoru, Oğlan evi[3] və Oğlan evi 2 filmlərinin ssenari həmmüəllifi.[4] 2018-ci ilin avqustundan İctimai Radionun direktoru vəzifəsində çalışır.[5] Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2019-cu il tarixli sərəncamına əsasən televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə Tərəqqi medalına layiq görülmüşdür.[6]
DJ Fateh | |
---|---|
Doğum adı | Məmmədov Məmmədəli Nazim oğlu |
Doğum tarixi | 1 fevral 1983 (41 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | |
Fəaliyyəti | Radioaparıcı, teleaparıcı, redaktor, kinossenarist |
Fəaliyyət illəri | 1999–h.h. |
Təhsili | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Mükafatları | |
IMDb | ID8431232 |
manpasi.az |
Məmmədəli Məmmədov 1 fevral 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə 42 saylı məktəbə gedən Məmmədəli orta təhsilini əlaçı kimi bitirib. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur. 2005-ci ildə ali məktəbi bitirən kimi hərbi xidmətə yollanıb.
2011-ci ildə Rəvan Bağırovla birgə yaratdıqları MANPASI "Youtube" layihəsi Azərbaycanın həmin dövrdə ən çox izlənilən internet verilişinə çevrilmişdir. İnternet sərhədlərini aşaraq, Media FM radiostansiyasında səhər şousuna çevrilən layihə Azərbaycanda bütün zamanların ən dinlənilən səhər şousuna çevrilmişdir.
2011-ci ildə TEDx Bakı tədbirində "Hər günü fərqli yaşamaq" mövzusunda; 2015-ci ildə Milli Marketinq Forumunda "Karyera" panelində; 2016-cı ildə Rəqəmsal Marketinq Konfransında "Sosial şəbəkələrdə neqativi necə idarə etməli" mövzusunda çıxışı olub.