Məmmədəmin Əhməd oğlu Şəkinski — Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Xalq Daxili İşlər Komissarlığı Bakı Şəhər Baş Milis İdarəsinin rəisi və XDİK Kollegiyasının üzvü.
Məmmədəmin Şəkinski | |
---|---|
Məmmədəmin Əhməd oğlu Şəkinski | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Aşqabad, Zakaspiysk vilayəti, Rusiya imperiyası |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Partiya |
|
Uşağı | Əkrəm Şəkinski |
1900-ci ildə Aşğabad şəhərində anadan olmuşdu. 1909-cu ildə ailəsi ilə Nuxa şəhərinə qayıdıb, sonra 8 il Tiflisdə gimnaziyada oxumuşdu.
1917-ci ildə Hümmət partiyasının üzvü olub, Nuxada, Ağdaşda və Qarsda bolşevik təşviqatı ilə məşğul olub. Daha sonra Hümmət partiyasının Aşqabad komitəsinə keçib, Zakaspi sovet hökümətinin fəallarından biri olub. Türkmənistanda sovet hökümətinin süqutundan sonra Bakıya qayıdıb, 1918-ci ilin oktyabrından AXC ordusunda xidmət edib, burada bolşevik təşviqatı aparıb.
Sovet işğalından müxtəlif hərbi və milis vəzifələr tutub.
1924-cü il məlumatına görə Bakı milisinin rəisi idi[1].
1957-ci ildən DİN Arxiv İdarəsinin başcısı olub.
1979-cu ildə vəfat edib.